• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Savaş bataqlığının çarəsi

  • 11 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Əli Kərimli
AXCP sədri

Rusiya və Ukrayna xarici işlər nazirlərinin Antalya görüşünün nəticəsiz başa çatması o deməkdir ki, Moskva hücumları genişləndirməyə çalışacaq. Hərbi əməliyyatların birinci mərhələsində Rusiya ordusu ciddi itkilər verib. Rusiyanın səfərbər etdiyi 170 minlik ordu birləşməsinin və döyüş vasitələrinin təqribən 10 faizə qədərini itirməsi çox ağır zərbədir. Son bir neçə gündə Rusiya ordusunun ciddi hücum əməliyyatları keçirə bilməməsi də ön cəbhədə itki vermiş hərbi hissələrin yenidən qruplaşdırılması və əlavə qüvvələrin səfərbər olunması zərurəti ilə bağlıdır.

Döyüşlərin ilk iki həftəsi nümayiş etdirdi ki, Ukrayna Rusiya üçün asan rəqib deyil. Rusiya döyüşləri əvvəlki iddia və hikkə ilə davam etdirsə, işğal zonasını genişləndirə bilər. Ancaq savaşın davamı Rusiya üçün də çox ciddi hərbi itkilər vəd edir. Hələ beynəlxalq sanksiyaların Rusiyanı hər gün bir az da iqtisadi fəlakətə apardığını demirəm.

Ancaq belə görünür ki, Rusiya rəhbərliyi iddialarını təmin etmək və rejimi qoruyub saxlamaq üçün ölkə iqtisadiyyatını qurban verməyi, 10 illərlə geri atmağı gözə alıb. Bəs ordunun da əhəmiyyətli bir hissəsini itirməyi gözə alıbmı? Savaş illərlə demirəm, aylarla davam etsə, Rusiyanın hərbi itkiləri çox böyük olacaq. Ukrayna xalqının döyüş əzmi, Ukrayna ordusunun döyüş bacarığı və beynəlxalq aləmin Ukraynaya güclü dəstəyi ortada olduğu vaxt Ukraynanı sona qədər işğal etməyə, orada oyuncaq işğal rejimi yaratmağa sonadək çalışmaq siyasi intiharı seçmək olardı. Ona görə hesab edirəm ki, rəsmən elan etməsə də, Putinin savaşdakı məqsədləri dəyişib. Rusiya başa düşüb ki, Ukraynanı işğal edib, “millətçilərdən” təmizləmək, bu ölkədə Kremlə bağlı hökumət qurmaq qətiyyən real deyil. Rusiya rəhbərliyi hücumları intensivləşdirib Zelenski hökumətini ciddi güzəştlərə məcbur etmək istəyir ki, bu savaş avantürasına nəyə görə baş vurduğunu daxili auditoriyaya izah edə bilsin.

Bütün bunlar o deməkdir ki, yaxın günlərdə Rusiya toparlanaraq (bəlkə də sonuncu dəfə) Ukraynada ciddi hərbi uğurlar qazanmağa, Zelenski hökumətini ciddi güzəştlərə məcbur etməyə çalışacaq. Təəssüf ki, hələ qarşıda dinc şəhərlərin bombardmanı, dinc sakinlərin öldürülməsi və Rusiyanın ciddi hərbi itkiləri gözlənir.

Bu savaşı ukraynalılar seçməyib. Onlar azad və ləyaqətli yaşamaq üçün öz vətənlərini qorumağa, bu yolda ağır itkilər verməyə məcbur qalıblar. Durdurulası tərəf Rusiyadır. Ancaq onu hələlik nə beynəlxalq aləmin ciddi iqtisadi sanksiyaları və siyasi təcridi, nə də Ukrayna xalqının rəşadətli müqaviməti durdura bilir. Rusiya hakimiyyətini daha böyük səhvlərdən, Rusiyanı daha ağır nəticələrdən qoruya biləcək tək qüvvə rus xalqıdır. Rus xalqı insanlığa, ilk növbədə onun özünə yalnız məhrumiyyət və fəlakət gətirən bu mənasız müharibəni durdurmaq üçün daha böyük iradə və yüksək şüur nümayiş etdirməlidir. İndi bütün dünyanın gözü rus xalqındadır.

Koronavirus statistikası

  • 11 Mart 2022
  • comments

Rusiya zəlzələsi ətrafı da vurur

  • 11 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda