• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qaçılmaz demokratiya

  • 09 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Azər Qasımlı

Ukraynadakı müharibə Rusiya prezidenti Vladimir Putin üçün hakimiyyət məsələsidir. Minlərlə nüvə başlığı olan ölkənin təhlükəsizlik axtarması, Putinin bu haqda danışması manipulyasiyadan başqa bir şey deyil. Viktor Yanukoviçin prezidentliyi dönəmində Ukrayna xalqı Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağı tələb edirdi. O zaman NATO üzvlüyü və NATO hərbi bazalarının Ukrayna ərazisində yerləşdirilməsindən söhbət getmirdi. Putin istəsəydi o vaxt da, elə bu son müharibədən əvvəl də Ukrayna ilə anlaşa bilərdi ki, ölkə NATO üzvlüyündən imtina müqabilində öz yolunu seçsin. Seçimsə demokratiya idi!

Ukrayna və postsovet məkanında olan ölkələr üçün demokratiya müstəqillik deməkdir. Demokratiyaya keçid isə yalnız keçmiş sovet elitasının dəyişməsi ilə mümkündür. Bu elitanın nümayəndələri Azərbaycanda, Belarusda və Rusiyada hakimiyyətdədirlər. Əgər postsovet məkanı müstəqil və demokratik olarsa, sovet elitasından çıxan yeganə prezident Putin qalacaq. Bu da Putinin həm öz hakimiyyətinə, həm də heyran olduğu imperiya ideyasına təhdiddir.

SSRİ dağılandan sonra Moldova, Ukrayna, Ermənistan, Gürcüstan və Azərbaycandan fərqli olaraq Rusiyada (həmçinin Belarusda) sovet elitasından kənar heç kim dövlət başına gəlməyib. Bir sözlə, Rusiyada demokratik keçid üçün heç bir şans olmayıb. Çünki dövlət əsasən iki böyük sütunun üzərində qurulub: ordu və təhlükəsizlik orqanları. Rusiya imperiyası zamanında da belə idi, SSRİ dönəmində də. Dəyişikliklər və elitaların dəyişməsi böyük ehtimalla yalnız qanlı inqilab yolu ilə mümkün olacaq.

Putin Ukrayna müharibəsindən məğlub ayrılacağı təqdirdə həm hakimiyyəti, həm də həyatı üçün təhlükə olacağını bilir. Ona görə çalışacaq ki, Ukraynadan maksimum ərazi qopara bilsin. Bunu bacarmasa, Rusiyaya qarşı son sanksiyalar fonunda dörd qrupla üz-üzə qalacaq: ordu elitası; iri oliqarxlar; biznes çevrələri, orta təbəqə və sıravi vətəndaşlar. Bu dörd qrupun maraqları üst-üstə düşdüyünə görə Rusiyada yuxarıdan hərbi çevriliş və ya saray çevrilişi, yaxud da aşağıların iştirakı ilə geniş inqilabi dəyişiklik baş verəcək. Lakin Rusiyanın demokratikləşməsi yalnız keçmiş elitanın dəyişməsi ilə mümkündür.

Putinsiz dövrdə Rusiya demokratikləşsə də, demokratikləşməsə də, Azərbaycanın demokratikləşməsi qaçılmazdır. Bununla bərabər ölkəmizin müstəqilliyini, həmçinin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını güvən altına almaq üçün təhlükəsizlik axtarışında olacağıq…

Müəllifin başqa yazıları:

Qarabağ yolunda

Biz yaxşı bilirik…

Bir adamın dərsi

Hansı yol?

Sistem məsələsi

Azad mühit təşnəsi

Rusiyadan nə istəməli?

Rusiyadakı azərbaycanlılara məsləhətlər

  • 09 Mart 2022
  • comments

ABŞ Çin şirkətlərinə xəbərdarlıq edib

  • 09 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda