• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
Erzaq

Qida təhlükəsizliyi layihəsində

  • 05 Mart 2022
0
SHARES
FacebookTwitterPinterest

Novator.az parlamentin ilk oxunuşundan keçmiş “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinə nəzər salıb.

Layihəyə görə, qanun Azərbaycan ərazisində insanların həyat və sağlamlığının, habelə istehlakçıların hüquqlarının müdafiəsi üçün qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir, ölkədə ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan qida məhsullarına, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə, qida məhsulları ilə təmasda olan material və məmulatlara, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə, Azərbaycanda ilkin istehsal, istehsal və emal edilən, Azərbaycan ərazisinə idxal olunan yem məhsullarına, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsullarına, yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə şamil olunur.

Təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı və dövriyyəsi qadağandır. Bu hallarda qida məhsulları təhlükəli hesab edilir: qida məhsullarının təhlükəsizlik göstəriciləri üzrə indiki, habelə gələcək nəsillərin həyat və sağlamlığı üçün qısamüddətli və ya uzunmüddətli (kumulyativ toksik təsiri daxil olmaqla) dövrdə zərərli olduğuna dair sübutlar olduqda; qida məhsullarında aşkar korlanma, dağılma, çürümə əlamətlərinin olması, habelə tərkibindəki maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmaması səbəbindən istehlak üçün yararsız olduqda; qida məhsullarının tərkibində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla qadağan olunmuş inqrediyentlər aşkarlandıqda.

Yem məhsullarının təhlükəli hesab edildiyi hallar belə sıralanır: heyvan sağlamlığına zərərli olduqda; heyvan mənşəli qida məhsulunu insan istehlakı üçün yararsız etdikdə.

Təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli sayılır.

Azərbaycan ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağandır.

Genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsulları qeydiyyata alınması üçün bu tələblərə cavab verməlidir: həyat və sağlamlığa zərərli olmamalı; istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı; heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.

Finlandiya NATO-ya yönəlir?

  • 05 Mart 2022

Karantin necə yumşaldı?

  • 05 Mart 2022

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Xəbər

Ramana reydi

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
Xəbər

Cəza ehtimalı, etiraz

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə 20 razılıq var

comments
Xəbər

İnformasiya qanunvericiliyi yeniləndi

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
Xəbər

5 iyul qiyməti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda