• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pensiya: yeni sərəncamda nələr var?

  • 04 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev əmək pensiyasına qulluq stajına görə əlavələr alanların sosial müdafiəsini gücləndirməyə sərəncam verib. Martın 4-də imzalanan sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımı hər ay onların pensiyasının məbləği ilə birlikdə ödəmək tapşırılıb. Yenilik 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Nazirlər Kabineti sərəncamda nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etməlidir.

Prezidentin bu il fevralın 8-də imzaladığı sərəncama görə, bütün növ əmək pensiyaları orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılıb. 3,4 faizlik artım 2022-ci il yanvarın 1-dən tətbiq olunur.

Sərəncamın başqa tələbinə əsasən, 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 200 manat məbləğində maddi yardım verilir. Yardım bərabər hissələrlə rübdə bir dəfə ödənməlidir.

Dövlət başçısı Nazirlər Kabinetinə 200 manatlıq yardımın 2023-cü il yanvarın 1-dən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsi təklifləri hazırlamağı tapşırıb.

Məhkəməyədək həbsin müddətləri

  • 04 Mart 2022
  • comments

NATO silaha sarılır – “Nyu-York Tayms”

  • 04 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

ABŞ kəşfiyyatından müttəfiqlərə yasaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Rusiya sanksiyalı neftini Çinə İran kimi satır – “Fayneşnl Tayms”

GLOBALS:0
comments
Xəbər

Ermənistana haralardan çox gəlirlər?

GLOBALS:0
comments
Dünyanın səsiManşetTribuna

ABŞ və Britaniya qəzetləri Donbasdan nə yazır?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda