• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəməyədək həbsin müddətləri

  • 04 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan qanunvericiliyi həbs qətimkan tədbirinin müddətlərini necə tənzimləyir?

Novator.az bildirir ki, Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı qətimkan tədbiri qismində həbs seçilməsi barədə qərar qəbul edərkən məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətini böyük ictimai təhlükə törətməyən cinayət törədilməsinə görə 2 ay həddində, az ağır cinayət törədilməsinə görə 3 ay həddində, ağır və xüsusilə ağır cinayət törədilməsinə görə 4 ay həddində müəyyən edir.

Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Həbsdə saxlama müddətinə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlandığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycandan kənarda tutulduğu andan Azərbaycan ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlandığı bütün müddətlər toplanmaqla həbsdə saxlanma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanması müddəti məhkəmədə ona təyin olunmuş cəza müddətinə daxil edilir.

159-cu maddəyə əsasən, cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanması müddəti işin mürəkkəbliyi ilə əlaqədar böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 1 aydan, az ağır cinayətlər üzrə 2 aydan, ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə 4 aydan artıq olmayan müddətə uzadıla bilər.

Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanma müddətinin az ağır cinayətlər üzrə 2 aydan, ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 aydan artıq olmayan müddətə uzadılması mümkündür.

Cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanmasının son müddəti bir qayda olaraq bunlardan artıq ola bilməz: böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə – 3 ay; az ağır cinayətlər üzrə – 7 ay; ağır cinayətlər üzrə – 10 ay; xüsusilə ağır cinayətlər üzrə – 13 ay.

Məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanmasının son müddəti az ağır və ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə 6 aydan artıq olmayan müddətə uzadıla bilər.

Avropaya doğru…

  • 04 Mart 2022
  • comments

Pensiya: yeni sərəncamda nələr var?

  • 04 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda