• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kirayə sistemi: qayda yeniləndi

  • 04 Mart 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

2019-cu il yanvarın 25-dən qüvvədə olan İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası qismən yenilənib. Novator.az bildirir ki, prezidentin 4 mart 2022-ci il fərmanı ilə kirayə müqaviləsi bağlandıqdan sonra alış qiymətinin tam ödənişinin 3 ildən tez həyata keçirilməsinə yasaq götürülüb.

Başqa yeniliklərə əsasən, kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir, həmçinin o, müqavilə bağlandıqdan sonra alış qiymətini vaxtından əvvəl tam və ya qismən ödəyə bilər.

Dəyişikliyə görə, kirayə müqaviləsində kirayəyəverənin yazılı razılığı ilə kirayə müddətində kirayəçinin kirayə müqaviləsi üzrə öz hüquq və vəzifələrini başqa şəxsə ötürə bilməsi göstərilməlidir.

Yeniliyə əsasən, kirayəçinin maliyyə öhdəliklərinin restrukturizasiyası qaydasını İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyəti müəyyən edir.

Başqa dəyişikliyə görə, müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır: “Elektron sistem vasitəsilə müraciət edən şəxsə qeydiyyat nömrəsi verilir və görüş vaxtı təyin edilir. Təyin edilmiş vaxtda görüşə gəlməyən şəxsin növbəsi ləğv edilir. Müraciət edən şəxs öz müraciətində fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir.

Kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən fondun hesabına ödəyir.

Müraciət edən şəxs rəsmiləşdirmədə 10 iş günü müddətinə riayət etmədikdə kirayə müqaviləsinin bağlanmasından elektron sistem vasitəsilə avtomatik imtina edilir.

Yaşayış sahəsi kirayə müqaviləsində müəyyən edilən gündən müvafiq təhvil-təslim aktı ilə kirayəçinin istifadəsinə verilir. Kirayəçinin yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla fonda ödənmiş aylıq ödənişləri geri qaytarılmır və qurumun gəliri hesab olunur.

Rusiya prezidenti taxtdan necə salına bilər?

  • 04 Mart 2022
  • comments

Dörd ilin bir kursu

  • 05 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda