2022-ci il yanvarın 1-nə paytaxtda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 948,9 manat olub. Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb.
Rəsmi məlumata görə, yanvarda paytaxt sənayesində istehsal və xidmətlərin həcmi 5,5 milyard manat təşkil edib, 2021-ci ilin ilk ayı ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 5,3 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 2,1 dəfə, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 6,9 faiz artıb.