• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Putin nələri nəzərə almayıb?

  • 02 Mart 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Qubad İbadoğlu
İqtisadçı alim, siyasətçi

Hər yol sanksiyaların Rusiya iqtisadiyyatına təsirindən yazanda müttəfiq sevdalılar şərh verir ki, siz bunları bilirsinizsə, deməli, Putin çoxdan bilirdi və hər şeyi nəzərə alıb, Rusiya iqtisadiyyatı sanksiyalara hazırdır, ciddi təsirlər olmayacaq.

Baxıb görək Putin nələri nəzərə almadı və nədən Rusiya iqtisadiyyatı çökəcək.

Putin nəzərə almamışdı ki, müharibə 2-3 gündən çox çəkər, bilmirdi ukraynalılar rus ordusuna qarşı bu qədər cəsurluq nümayiş etdirəcək, bütün dünya Ukraynanı müdafiə edəcək, Rusiya təklənəcək, hava məkanı, quru və dəniz yolları onların üzünə bağlanacaq. Hazırda minlərlə rus gəmisi limanlarda, yüzlərlə rus təyyarəsi aeroportlarda qalıb.

Putin Çinin mövqeyini nəzərə almamışdı. Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da, ona əməl etmək məcburiyyətindədir. Çünki əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub milyardlarla cərimə ödəmək niyyətində deyil.

Putin nəzərə almamışdı ki, Finlandiya NATO-ya, Ukrayna Avropa Birliyinə üzvlük müraciəti edər. Əgər Finlandiya NATO-ya qəbul edilsə, Rusiya ətrafında təhlükəsizlik buferi yarılacaq.

Putin nəzərə almamışdı ki, Rusiyaya qarşı sanksiyaların miqyası bu qədər böyük, dərəcəsi ifrat sərt olar. Məsələn, Putin Rusiya banklarının beynəlxalq köçürmələr sistemi SWİFT-dən çıxarılmasını nəzərə alsa da, Mərkəzi Bankın aktivlərinin dondurulmasını nəzərə almamışdı. İndiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Putinin güvəndiyi valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşdü, donduruldu, ölkənin 132 milyard dollarlıq qızılını da satmaq imkanı yoxdur. Bu, analoqu olmayan sanksiyadır. Ona görə də müharibənin başladığı 24 fevraldan Rusiya rublu ABŞ dolları qarşısında rəsmi olaraq 40 faizədək dəyər itirib, indi heç 120 rubla da 1 dollar almaq mümkün deyil.

Putin nəzərə almamışdı ki, Almaniya 11,6 milyard dollarlıq “Şimal axını – 2” qaz layihəsini dayandırar, çünki Tramp administrasiyası dövründə təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi.

Putin nəzərə almamışdı ki, ölkənin biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları Mixail Fridman və Oleq Deripaska müharibəyə qarşı mövqe qoyublar.

Putin nəzərə almamışdı, bəzi müttəfiqlər ikili oyun oynayacaq, ona görə də Putin qalsa da, getsə də müttəfiqlərinin qara günləri başlayacaq.

Putinin nəzərə almadığı başqa şeylər də var, odur ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa, insan infarkt olur.

Təkbaşına qərar verən, özünü hamıdan ağıllı hesab edən diktatorların hamısının sonu belə olub, onlar ekstremal şəraitdə ağıllarının tamam itirirlər.

Əmr verdi, müharibə başladı

Bayden: “Dünya Rusiyadan bunun hesabını soracaq”

Ukrayna Türkiyədən kömək istəyir

Borrel: “Avropa ən ağır saatlarını yaşayır”

“Nyu-York Tayms”: Həyasız hücuma bəraət yoxdur

“Vaşinqton Post”: qurban – Ukrayna, cəllad – Rusiya

Bayden yeni sanksiyaları açıqladı: “Putin SSRİ-ni bərpa etmək istəyir”

Rusiyanı hansı iqtisadi zərbə durdura bilər?

“Bloomberg”: Rusiya Ukraynada odla oynayır

“Putin qalib gəlsə, yeni era çox təhlükəli olacaq”

Ukraynalı jurnalist Kiyevdən nə yazır?

Rusiyaya bank sanksiyasının nə fəsadları olacaq?

Putinin qara günləri…

Təcavüzü durduracaq güc

Ən böyük təhlükə: nəzarətsiz liderlər

Rubl necə çökür?

“Vaşinqton Post”: Putin çaş-baş görünür

Vətən müharibəsindən milli lider doğulur

“Mən Zelenskiyə səs verməmişdim…”

Rusiyaya sanksiyalar Azərbaycana necə təsir edir?

Nüvə silahı: hansı ölkənin nəyi var?

Avropa İttifaqının tarixi

Amerikalı admiral Rusiyanı məğlub etmək yolunu göstərir

112 dollar həndəvərində

  • 02 Mart 2022
  • comments

Çin Ukraynanı və Amerika kəşfiyyatını ruslara satı...

  • 02 Mart 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda