• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təcavüzü durduracaq güc

  • 28 Fevral 2022
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetTribunaYazarlar

Səidə Hüseynova

Bu gün dünya Putinin qəddar siyasətinin növbəti fəsadlarını yaşayır. Rusiya prezidentinin ambisiyaları çox dərinə gedib. İndi onu dayandırmaq təkcə Ukrayna xalqının deyil, bütün xalqların, xüsusilə qonşu xalqların üzərinə düşür. Qonşuların ümumi etirazı Putini daha tez dayandıra bilər.

Bu gün Ukraynanı bombalayan Putinin sabah bunu digər qonşu ölkələrdə, o cümlədən Belarusda, Moldovada də etməyəcəyinə heç bir zəmanət yoxdur.

Rusiyada insanların bir qisminin küçələrə çıxıb Putinin apardığı müharibəyə etiraz etməsi müsbət haldır. Ancaq etirazlar təkcə Rusiya əhalisinin bir qismini əhatə etməməlidir. Bütün xalqlar, ilk növbədə qonşu xalqlar bu etiraza qoşulmalıdır.

Putinin nə qədər amansız və zalım olduğu göz qabağındadır. Sözsüz ki, Rusiya prezidentinin bugünkü əməlləri onun indiyə qədər etdiklərinə biganəlikdən, susqunluqdan irəli gəlir.

Qərbin bütün səylərinə, sanksiyalarına, hədə-qorxusuna baxmayaraq Putin yenə müharibə yolunu tutdu. Qərb onun üstünə getdikcə daha da azğınlaşdı. Demək ki, Rusiya prezidentini indi ilk növbədə Rusiyanın öz əhalisi və qonşu xalqlar durdura bilər.

Putinin sonrakı hədəfinin Belarus və ya Moldova olmayacağına kim zəmanət verə bilər?

Ukraynalılar nə qədər silahla təmin olunsalar belə, təkbaşına Putinlə bacara bilməzlər. Putin də elə buna arxayındır. Arxayın olmasaydı, 2014-cü ildə Krımı belə asanlıqla ələ keçirə, Donbası illərlə nəzarətində saxlamazdı.

Bu gün Rusiya xalqının böyük hissəsi, eləcə də Belarus və Moldovada insanların heç olmasa bir qismi Putinin işğalçılıq siyasətinə etiraz etməsə, küçələrə axışmasa, o, Ukrayna ilə müharibəni müəyyən şərtlər altında dayandırsa belə, ambisiyalarından vaz keçməyəcək.

Postsovet məkanının bütün xalqları anlamalıdır ki, Putin Ukraynanı ələ keçirsə, hamının gözünün odunu almış olacaq.

Bu günə qədər heç kim Putinin həqiqətən Ukraynaya soxulacağını, nəinki Donbasa, bu ölkənin ikinci böyük şəhəri Xarkova, Xerson, Mariupol, Melitopol kimi şəhərlərə, hətta paytaxt Kiyevə qədər irəliləyəcəyini düşünməmişdi. Hamılıqla “Putin buna cürət etməz” deyib durmuşduq.

Diqqət çəkən məqam odur ki, Rusiya prezidenti onun müharibə edəcəyini düşünən bəzi ekspert və siyasətçiləri çıxmaq şərti ilə dünyadakı bütün başbilənlərin proqnozlarını yanıltdı. Yəni bir növ özünə yaraşan hərəkəti elədi.

Bəlkə Putin bu dəqiqələrə qədər də özünün müharibə yolu tutduğunu düzgün hesab edir. Ola bilər ki, ona Rusiya şəhərlərində müharibə əleyhinə keçirilən etiraz və yürüşlər müəyyən qədər təsir etsin. Ancaq bu etirazlar hələ ki, onun qərarlarının qarşısını ala bilmir.

Ona görə də mütləq etirazların davamı olmalıdır. Putin qarşısında böyük kütlənin etirazını görməsə, dayanmayacaq. Onu bu qorxunc niyyətindən çəkindirsə, rus xalqı və qonşuların etirazı çəkindirə bilər.

Putinin qara günləri…

  • 28 Fevral 2022
  • comments

Ən böyük təhlükə: nəzarətsiz liderlər

  • 28 Fevral 2022
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda