• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyalılar nə qədər pensiya arzulayır?

  • 23 Fevral 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

Rusiyalılar normal yaşaya bilmək üçün nə qədər pensiya almağı arzulayır?

Novator.az-ın məlumatına görə, Rusiyanın “Sberbank” Açıq Səhmdar Cəmiyyəti nəzdindəki Müstəqil Pensiya Fondu suala cavab tapmaq üçün əhali arasında sorğu keçirib.

Rusiya Federal Statistika Xidmətinin hesabatına əsasən, ölkədə orta aylıq pensiya məbləği 15 min 842 rubl (338 manat) təşkil edir.

“Sberbank”ın Müstəqil Pensiya Fondunun sorğusu isə göstərib ki, rusiyalıların arzuladığı aylıq pensiya məbləği orta hesabla 55 min 500 rubldur (1185 manat).

Sorğu pensiya məbləği ilə bağlı arzuların regiondan-regiona fərqləndiyini də üzə çıxarıb. Məsələn, paytaxt Moskvanın sakinləri əsasən 83,9 min rubladək pensiya arzuladığı halda Həştərxan vilayətində məbləğ 42,1 min rubl olub.

Sankt-Peterburq sakinləri 77,4 min rubl, Xabarovsk sakinləri 74,6 min rubl, Vladivostok sakinləri 73,8 min rubl, Tümen sakinləri 68,8 min rubl pensiya almaq istədiyini açıqlayıb.

Penzalılar 42,9 min rubl, saratovlular 43,3 min rubl, Çelnı sakinləri 45,3 min rubl, orenburqlular isə 47 min rubl pensiyanın yetərli olduğunu söyləyib.

Pensiyada firavan ömür sürməyin əsas şərtləri kimi respondentlər keyfiyyətli səhiyyə xidmətini, fərdi mənzilin, müasir məişət texnikasının olmasını, habelə yaxşı qidalanmağı göstəriblər.

İdeal pensiya məbləği sorğusunda cavabların respondentlərin cinsindən və yaşından asılı olaraq fərqləndiyi də aşkarlanıb.

Kişilər ayda orta hesabla 60 min rubl, qadınlar isə 51 min rubl pensiya almaq istədiyini bildirib.

Yaşı 30-a çatmamış gənclər təqaüdə çıxanda 60 min rubl pensiya almağı arzulayıb, yaşı 60-i keçmiş, yəni hazırda təqaüddə olanlar isə 33 min rubl məbləğində pensiyanın qənaətbəxş olduğunu vurğulayıb.

Sorğunun nəticələrini şərh edən ekspertlər deyiblər ki, Rusiyada əhalinin gəliri, zəruri malların qiyməti və sosial təminat səviyyəsi regiondan-regiona çox fərqlənir və respondentlərin cavabları arasındakı kəskin fərqlər həm də bununla bağlıdır.

Mənbə: İz.ru

Boşanma göstəriciləri (1991-2021)

  • 23 Fevral 2022
  • comments

Ukraynanın nə qədər ərazisi işğal olunub?

  • 23 Fevral 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Gender
  • Gənclər
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda