• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Müdafiə naziri mülki şəxs olsun

  • 17 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli müdafiə nazirinin mülki şəxs olmasını təklif edir. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Azərbaycan Ordusu xalqın ordusu, ən güvənilən, ən hörmətli qurumlardan biridir: “44 günlük Vətən savaşında ordu üzümüzü ağ elədi, qəddimizi dikəltdi, bizə qürur yaşatdı. İkinci Qarabağ savaşında qələbənin memari Azərbaycan əsgərləri, ordumuzun zabitləridir.

Ordunun ətrafında baş verən bəzi hadisələr təəssüf doğurur, amma bir ümid də yaranır ki, təmizləmə işləri aparılacaq. “Tərtər işi”ndəki işgəncələrdə əli olan bütün zabitlər, vəzifəli şəxslər cəzalandırılmalı, korrupsiya əməlləri ciddi araşdırılaraq bütün şəbəkə çökdürülməli, Azərbaycan Ordusu xoşagəlməz əməllərdən, şəxslərdən təmizlənməlidir.

Struktur islahatlarının da zamanı yetişib. Müdafiə naziri postuna mülki şəxs təyin olunmalı, orduya vətəndaş nəzarətinin formalarından biri kimi nazir institutundan istifadə edilməlidir. Mülki müdafiə naziri vətəndaş cəmiyyəti və media ilə daha açıq və şəffaf dialoq qura bilər. Ordunun hərbi idarəetməsi isə Baş Qərargaha tapşırılmalıdır.

Ölkənin bütün sahələrində institusional addımların zamanı çoxdan çatıb, hətta keçib də – idarəetmə şəxslərə deyil, institutlara fokuslanmalıdır”.

Müdafiə Nazirliyi dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə yaradılıb. İlk iki müdafiə naziri hərbçilər olub: Valeh Bərşadlı, Tacəddin Mehdiyev.

1992-ci il fevralın 24-də polis zabiti Tahir Əliyev müdafiə naziri təyin edilib.

Həmin il martın 17-dən 1993-cü il fevralın 20-dək müdafiə nazir postunu mülki şəxs tutub: Rəhim Qazıyev.

Sonrakı üç müdafiə naziri hərbçilər olub: Dadaş Rzayev, Məmmədrəfi Məmmədov, Səfər Əbiyev.

22 oktyabr 2013-cü ildən müdafiə naziri postunda çalışan Zakir Həsənov da hərbçidir.

Azərbaycan avtoritar rejimlər arasında

  • 17 Fevral 2022
  • comments

Navalnıya yeni ittihamlar, ABŞ-dan şərh

  • 17 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın dəstəyi Bakı və Yerevana cəsarət verir – ekspert

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Ordu
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

Son materiallar

comments
ManşetTribunaYazarlar

İllərin sınağı…

GLOBALS:0
comments
ManşetXəbər

Eldar Həsənov – 70

GLOBALS:0
comments
ManşetXəbər

Övladları Eldar Həsənova birgə məktub yazıblar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda