• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Arif Hacılıdan Ramiz Mehdiyev şərhi

  • 15 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Müsavat Partiyasının başqanı Arif Hacılı Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti postundan istefasından yazıb. Novator.az-ın məlumatına görə, siyasətçi qeyd edir ki, tənqidçilərinin Ramiz Mehdiyev haqqında, onun da zamanında ətrafında olub indi üstünə gələnlər barədə dedikləri əsasən həqiqətdir: “Yalnız deputat Fəzail Ağamalının Heydər Əliyev xəstə olduğu zaman Ramiz Mehdiyevin prezidentliyə hazırlaşması barədə dedikləri yalandır. Çünki hakimiyyətin Heydər Əliyevdən İlham Əliyevə ötürülməsi ideyasının müəllifi və təşkilatçısı Ramiz Mehdiyev idi. Bu əməliyyatın uğurla həyata keçməsi üçün Moskva, Ankara və Vaşinqtonun qarşılıqlı razılığına da o nail olmuşdu.

Ramiz Mehdiyev mövcud siyasi sistemin memarıdır. Həyatının 30 ilini indiki sistemin qurulmasına həsr edib. Ölkədə saxta parlament, saxta media, saxta vətəndaş cəmiyyəti, saxta müxalifət, səlahiyyətsiz yerli idarəetmə və müti ədalət mühakiməsi sistemi onun birbaşa rəhbərliyi altında yaradılıb”.

Arif Hacılı fevralın 10-da Rövnəq Abdullayevin Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti postundan çıxarılmasına da işarə vuraraq əlavə edir ki, Ramiz Mehdiyevsiz, Rövnəq Abdullayevsiz hakimiyyət artıq başqa hakimiyyətdir: “Daha yaxşı olacağının isə hələlik heç bir əlaməti yoxdur”.

Son vaxtlar hakimiyyət təmsilçilərinin, alimlərin, siyasətçilərin sərt hücumlarına məruz qalan Ramiz Mehdiyev fevralın 14-də Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən istefa verdiyini bəyan edib.

1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur.

1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutub, 1980-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən katibi olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri postunu tutub.

Təhlükəsizlik Şurasının üzvüdür.

“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

2019-cu il oktyabrın 23-də Milli Elmlər Akademiyasının prezidenti seçilən Ramiz Mehdiyev son vaxtlar bir çox alim, ictimai xadim və siyasətçinin istefa çağırışları ilə üzləşirdi.

Ramiz Mehdiyev istefaya getdi

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti oldu

Toy qırğını: Siyavuş Novruzov istefa verdi

Ramiz Mehdiyevin açıqlaması

Akademiya ilə üzülüşmək

AMEA: kimlərin prezident seçmək hüququ var?

İki problemin bir həlli

Akademiya açıqlama yayıb

Ramiz Mehdiyev istefa çağırışlarına münasibət bildirdi

Ramiz Mehdiyev istefa ərizəsi yazıb

Qapalı büdcəni açmaq

  • 15 Fevral 2022
  • comments

Bayden Putinlə necə mübarizə aparır? – “Nyu-...

  • 16 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda