• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ramiz Mehdiyev istefa ərizəsi yazıb

  • 14 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib. Rəsmi məlumata görə, iclası giriş sözü ilə açan AMEA prezidenti Ramiz Mehdiyev yaşı ilə əlaqədar postunu tərk etməyə qərar verdiyini deyib. O, akademiyanın böyük yol keçdiyini və daim dövlətin yanında durmalı olduğunu vurğulayıb: “Alimlərimizin fəaliyyəti də bu yöndə olmalı, bütün işlər dövlət siyasətinə uyğun qurulmalıdır”.

Prezident İlham Əliyevin onun fəaliyyətinə hər zaman yüksək qiymət verdiyini deyən Ramiz Mehdiyev “Heydər Əliyev” ordeni ilə təltif edildiyini xatırladıb: “Cənab prezidentin mənə münasibəti çox istidir. Mən həmişə bir əqidəyə sadiq olmuşam: əvvəl dövlət, sonra şəxsi məsələlər. Cənab prezident İlham Əliyev Heydər Əliyevin siyasətini həyata keçirir. Alimlərimiz, akademiyanın üzvləri də bu yolda prezidentin yanında olmalıdırlar”.

Akademiya prezidenti istefa ərizəsi ilə dövlət başçısına müraciət edəcəyini bildirib.

1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur. Milli Elmlər Akademiyasına 2019-cu il oktyabrın 23-dən prezidentlik edir.

Son vaxtlar bir çox alim, ictimai xadim və siyasətçi onu istefaya çağırırdı.

Fevralın 10-da “Amerikanın səsi” radiosuna yazılı açıqlama verən Ramiz Mehdiyev demişdi ki, onu prezident vəzifəsinə AMEA-nın ümumi yığıncağı seçib və ölkə prezidenti bu seçimi təsdiqləyib: “Məni istefaya göndərmək səlahiyyəti prezidentə məxsusdur. AMEA-dakı bəzi şəxslərin öz hədlərini aşaraq dövlət başçısının səlahiyyətlərinə müdaxilə etmək cəhdlərini qəbuledilməz sayıram.

Sağlamlığımda heç bir problem yoxdur, özümü yaxşı hiss edirəm, işimin başındayam. Bundan sonra da AMEA qarşısında dövlətin qoyduğu vəzifələrin keyfiyyətli icrası üçün əlimdən gələni edəcəyəm”.

1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutan Ramiz Mehdiyev 1980-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb.

1988-1994-cü illərdə Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.

Təhlükəsizlik Şurasının üzvüdür.

“Heydər Əliyev”, “İstiqlal”, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.

Novator.az bildirir ki, AMEA-nın əsası 1945-ci ildə qoyulub. Nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.

Akademiyanın ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Rəyasət Heyəti akademiyanın kollegial icra orqanıdır.

Qurumun fəaliyyətinə rəhbərlik edən AMEA prezidenti ümumi yığıncaqda gizli səsvermədə 5 il müddətinə seçilir və Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir. Ümumi yığıncaqda AMEA prezidenti seçilmək üçün səsvermədə iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu tələb olunur.

Ramiz Mehdiyev istefaya getdi

Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının prezidenti oldu

Toy qırğını: Siyavuş Novruzov istefa verdi

Ramiz Mehdiyevin açıqlaması

Akademiya ilə üzülüşmək

AMEA: kimlərin prezident seçmək hüququ var?

İki problemin bir həlli

Akademiya açıqlama yayıb

Ramiz Mehdiyev istefa çağırışlarına münasibət bildirdi

Tələbələr üçün prezident təqaüdü 250 manat oldu

  • 14 Fevral 2022
  • comments

Qapalı büdcəni açmaq

  • 15 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda