• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İslahatla xilas

  • 14 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

AXCP funksioneri Fuad Qəhrəmanlı demokratiyaya yumşaq keçid təklifi verib. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, yumşaq keçid korrupsiya yolu ilə toplanmış sərvətlərin girovuna çevrilmiş hakim elitanı varidatını tam itirməkdən də qoruya bilər. O, prezidentin və komandasının hakimiyyətə münasibətinin dəyişməsini, korrupsiyaya maraqlarından imtina olunmasını, yalan və inkarçılıq üzərində qurulmuş yanaşmadan imtinanı vacib sayır: “Yalnız bu yolla iqtidar komandası özünü cəmiyyətə faydalı hədəfləri olan qüvvə kimi təqdim edə bilər. İqtisadi azadlıqların yolu açılmalı, ölkə Dünya Ticarət Təşkilatına qoşulmalı, monopoliyalar aradan qaldırılmalı, azad rəqabətə və hüququn üstünlüyünə, qanunların aliliyinə təminat verilməlidir.

Müstəqil və ədalətli məhkəmələrin yaradılması, siyasi məhbusların azadlığa buraxılması, real müxalifətlə yumşaq keçid strategiyası ətrafında siyasi dialoq başlanmalıdır.

Ölkədə proporsional seçki sistemi bərpa olunmalı və bu əsasda növbədənkənar, mümkün qədər demokratik parlament seçkisi keçirilməli, siyasi azadlıqların önü açılmalıdır. Bununla müxalifətin siyasi sistemə inteqrasiyası yolunda əngəl aradan qaldırıla, yumşaq siyasi keçidin bazası yaradıla bilər.

Azərbaycanla Avropa İttifaqı arasında nəzərdə tutulan strateji tərəfdaşlıq sazişi imzalanaraq ölkədəki islahatlara beynəlxalq dəstək təmin olunmalı və Avropaya inteqrasiya istiqamətində real addımlar atılmalıdır”.

Siyasətçi qeyd edir ki, islahatlar olmasa, siyasi münasibətlərin daha da gərilməsi qaçılmazdır: “Bu halda nə zamansa vulkan kimi püskürəcək dəyişikliklər tələbinin doğuracağı risklərin önünə keçmək gec olacaq”.

1975-ci il təvəllüdlü Fuad Qəhrəmanlı Dövlət İdarəçilik Akademiyasını politoloq ixtisası ilə bitirib. Xalq Cəbhəsinə 1990-cı ildə qoşulub, 2000-ci ildən AXCP Ali Məclisinin, 2003-cü ildən Ali Məclisin Rəyasət Heyətinin üzvü, 2009-2019-cu illərdə AXCP sədrinin müavini olub.

1998-ci ildə xüsusilə ağır dövləti cinayətdə ittiham olunaraq 1 il 2 ay həbsdə yatıb.

2011-ci ildə 2 il şərti həbs cəzasına məhkum edilib.

2015-ci ildə Fuad Qəhrəmanlı yenidən tutulub, 10 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 17-də əfv sərəncamı əsasında azadlığa buraxılıb.

2020-ci ilin iyul-noyabr aylarında yenidən həbsdə yatmış Fuad Qəhrəmanlı hazırda 4 il 1 aylıq azadlıqdan şərti məhrumetmə cəzası çəkir.

Avropada Ukrayna sorğusu –  “The Guardian”

  • 14 Fevral 2022
  • comments

Polemika qeydləri

  • 14 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda