• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əli Əliyev həbsdə qaldı

  • 14 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin şikayəti üzrə qərar çıxarıb. Şikayət təmin olunmayıb, siyasətçi həbsdə saxlanıb.

Novator.az bildirir ki, Əli Əliyev Yasamal Rayon Məhkəməsinin 13 yanvar hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun xüsusi ittiham qaydasında şikayəti əsasında çıxarılıb.

Emil Cəfərov və Dövlət Sərhəd Xidmətinin kapitanı Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.

2021-ci il noyabrın 30-da Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, Emil Cəfərov və Ramin Ədilov xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar.

Ramin Ədilovun şikayəti üzrə proses hələ başa çatmayıb.

Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.

1967-ci il təvəllüdlü Əli Əliyev Azərbaycan Tibb Universitetinin müəllimi, biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.

Əli Əliyev həbs olundu

Əli Əliyevə azadlıq tələbləri

Əli Əliyev: cəmiyyətə və hakimiyyətə çağırış var

İqtisadi artım göstəricisi açıqlandı

  • 14 Fevral 2022
  • comments

Niyə Ukrayna? – “The Hill”

  • 14 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

Son materiallar

comments
Dünyanın səsiXəbər

Gürcüstan parlamenti müxalifsiz qaldı

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda