• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezident fərmanının tərcüməsi

  • 08 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Fevralın 7-də prezident İlham Əliyev Bakının nəqliyyat sistemində idarəetmənin dəyişməsinə fərman verib. Fərmana görə, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə, agentliyin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Daxili İşlər Nazirliyinin tabeliyinə keçir.

Dövlət başçısı Nazirlər Kabinetinə Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində təqdim etməyi tapşırıb.

Novator.az bildirir ki, fərmanı şərh edən iqtisadçı, müxalif Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır: “2015-ci ildəki devalvasiyalardan sonra Azərbaycanda hər il inflyasiya qeydə alınıb. 2016-ci ildə 12,1 faiz, 2017-ci ildə 7,3 faiz, 2018-ci ildə 2,3 faiz, 2019-ci ildə 2,6 faiz, 2020-ci ildə 2,8 faiz, 2021-ci ildə 12 faiz bahalaşma olub. Yəni son illər qiymətlər artıb, yeganə ucuzlaşma taksi xidmətində qeydə alınıb. 2016-cı ildən bəri taksi xidməti ucuzlaşıb, səbəbi isə çox sadədir: bu xidmət ölkədə rəqabətli mühit olan nadir sahələrdəndir. Rəqabət yarandı, ölkəyə daha az yanacaq istifadə edən avtomobillər gətirildi, taksi xidməti göstərən şirkətlər fəaliyyətə başladı, qiymətlər düşdü.

Azərbaycan hökumətinin rəqabətə allergiyası var, harada rəqabət yaranırsa, bunu sistemə təhlükə kimi görür, düşünür ki, rəqabətdən pozitiv nəticələr doğsa, camaat başqa sahələrdə də rəqabətli mühit arzulaya bilər, ona görə də balaca işıq gələn yeri dərhal yamamağa, rəqabəti məhv etməyə çalışır. Prezident İlham Əliyev fevralın 7-də Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi fərmanı imzalayıb. Üç ay müddətində taksi xidmətinin təşkili ilə bağlı yeni normativ aktlar qəbul ediləcək. Tərcüməsi budur ki, bu sahədə rəqabətə son qoyulacaq, taksi xidmətində də inhisarçılıq artacaq.

Mən anlayıram, taksi xidmətində tənzimləmə olmalıdır, amma dövlət niyə hər şeyə qarışmalıdır ki? Ümumi qaydalarını, vergisini müəyyən edirsən, təhlükəsizlik qaydalarını elan edirsən, vəssalam, camaat özü çalışır, pul qazanır, vergisini ödəyir, işləyir, ailəsini dolandırır – buna nədən mane olasan ki?”

Sərvətdən bəla

  • 08 Fevral 2022
  • comments

Yol işinin yolu

  • 08 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda