Son vaxtlar bir çox alim, ictimai xadim və siyasətçi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefasını tələb edir.
1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur. Milli Elmlər Akademiyasına 2019-cu il oktyabrın 23-dən prezidentlik edir.
1965-ci ildən Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələr tutan Ramiz Mehdiyev 1980-ci ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb.
1988-1994-cü illərdə Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.
Təhlükəsizlik Şurasının üzvüdür.
Novator.az bildirir ki, AMEA-nın əsası 1945-ci ildə qoyulub. Nizamnaməsinə görə, AMEA ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.
Akademiyanın ali idarəetmə orqanı onun ümumi yığıncağıdır.
Qurumun fəaliyyətinə rəhbərlik edən AMEA prezidenti ümumi yığıncaqda gizli səsvermədə 5 il müddətinə seçilir və Azərbaycan prezidentinin sərəncamı ilə təsdiqlənir. Ümumi yığıncaqda AMEA prezidenti seçilmək üçün səsvermədə iştirak edən həqiqi üzvlərin üçdə iki səs çoxluğu tələb olunur.
Hazırda AMEA-nın 60 həqiqi üzvü var:
Abbasov Əli Məmməd oğlu
Abbasov Vaqif Məhərrəm oğlu
Abdinov Cavad Şahvələd oğlu
Abdullayev Kamal Mehdi oğlu
Axundova Nərgiz Çingiz qızı
Babayev Məhərrəm Pirverdi oğlu
Babazadə Vasif Məmməd Ağa oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Bünyadov Teymur Əmiraslan oğlu
Cəfərov Nizami Qulu oğlu
Cəfərov Təyyar Cümşüd oğlu
Eldarov Ömər Həsən oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əliquliyev Rasim Məhəmməd oğlu
Əliyev Ağadadaş Mahmud oğlu
Əliyev Cəmil Əziz oğlu
Əliyev Fikrət Əhmədəli oğlu
Əliyev Fuad Yusif oğlu
Əliyev Seyfəddin Vəli oğlu
Əliyev Telman Abbas oğlu
Əlizadə Akif Ağa Mehdi oğlu
Əlizadə Validə Mövsüm qızı
Əmiraslanov Əhliman Tapdıq oğlu
Feyzullayev Əkpər Əkbər oğlu
Fərzəliyev Vaqif Məcid oğlu
Hacıyev Asəf Hacı oğlu
Hacıyev İsmayıl Muxtar oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Həşimov Arif Məmməd oğlu
Hüseynov Rafael Baba oğlu
Hüseynova İradə Məmməd qızı
İmanov Muxtar Kazım oğlu
Kərimli Teymur Həşim oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Mehdiyev Məhəmməd Fərman oğlu
Mehdiyev Ramiz Ənvər oğlu
Məcidov Əjdər Əkbər oğlu
Məhərrəmov Abel Məmmədəli oğlu
Məmmədov Nazim Timur oğlu
Məmmədov Pərviz Ziya oğlu
Məmmədov Qərib Şamil oğlu
Məmmədov Yusif Əbülfət oğlu
Mustafayev Şahin Məcid oğlu
Nağısoylu Möhsün Zellabdin oğlu
Nağıyev Tofiq Murtuza oğlu
Paşayev Arif Mir-Cəlal oğlu
Paşayeva Nərgiz Arif qızı
Qədirov Fəxrəddin Əbülfət oğlu
Qəribov Adil Abdulxalıq oğlu
Quliyev İbrahim Said oğlu
Rizayev Ramiz Həsən Qulu oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Salayev Eldar Yunus oğlu
Salmanov Məmməd Əhəd oğlu
Səfərova Zemfira Yusif qızı
Səmədzadə Ziyad Əliabbas oğlu
Tağıyev Dilqəm Bəbir oğlu
Talıbov Tariyel Hüseynəli oğlu
Vəlixanlı Nailə Məmmədəli qızı
Yusifzadə Xoşbəxt Bağı oğlu.
Nizamnaməyə əsasən, akademiyanın illik ümumi yığıncağı hər il aprel ayında keçirilir.