Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, paytaxtın müəssisələri və fərdi sahibkarları 2021-ci ildə 44,7 milyard manatlıq (əvvəlki illə müqayisədə 2,7 faiz çox) sənaye məhsulu istehsal edib.
Əsas kapitala 9 milyard 984,4 milyon manat məbləğində (2020-ci ilə nəzərən 6,2 faiz az) vəsait yönəldildiyi vurğulanır: “Pərakəndə ticarət şəbəkəsində 2020-ci illə müqayisədə 4,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərdə 5,1 faiz artım qeydə alınıb.
İstehlak məhsulları və xidmətlər 6,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 7,4 faiz, qeyri-ərzaq malları 4,2 faiz, ödənişli xidmətlər 6,1 faiz bahalaşıb.
2021-ci il dekabrın 1-nə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 938,4 manat olub”.