Özəlləşdirmə: gəlir 83,2% artıb
İqtisadiyyat Nazirliyinin hesabatına görə, Əmlak Məsələləri Dövlət Xidməti 2021-ci ildə 59 hərrac keçirib, hərraclarda 16 səhmdar cəmiyyətinin səhm paketi, 35 kiçik dövlət müəssisəsi, 4 yarımçıq tikili və 249 nəqliyyat vasitəsi özəlləşdirilib. İl ərzində özəlləşdirmədən dövlət büdcəsinə 112,7 milyon...
Əli Əliyev həbs olundu
Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdən iki şikayətdən birinə baxışı yekunlaşdırıb. Yanvarın 13-də məhkəmə Əli Əliyevə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılıb. Novator.az bildirir ki, ...
Çörək qeydinə müxalif qeyd
2022-ci ilin ilk günlərindən Azərbaycanda çörək 10-20 qəpik arası bahalaşıb. Yanvarın 12-də bir qrup jurnalistə müsahibəsində bu məsləyə toxunan prezident İlham Əliyev deyib: “Çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Ən ucuz buğdanı Rusiyadan alırıq. ...
Avropa Məhkəməsindən təzminat qərarları
Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycan üzrə qərar və qərardadları elan olunub. Aihmaz.org bildirir ki, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqlarının pozulduğu tanınan 15 şikayətçinin hər birinə 4750 avro, 6 şikayətçinin hər birinə 2100 avro...
Avronun əhatə dairəsi
2022-ci ilin ilk günündə avronun 20 illik yubileyi tamam oldu. Avro nağdsız dövriyyəyə 1999-cu il yanvarın 1-də buraxılıb, 2002-ci il yanvarın 1-dən real pul vahidi kimi işlədilir. Novator.az bildirir ki, avro Avropa İttifaqının 19 ölkəsində milli valyuta sayılır: Almaniya, Avstriya, Belçika, Estoni...
Peyvənd göstəriciləri
Prezident İlham Əliyev yanvarın 12-də bir qrup jurnalistə verdiyi müsahibədə koronavirus infeksiyası ilə mübarizə məsələsinə də toxunub: “Hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, b...
“Xızı-Abşeron”un təməli qoyulub
Yanvarın 13-ü Bakıda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa edəcəyi “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməli qoyulub. AZƏRTAC xəbər verir ki, mərasimə qatılan prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı stansiyanın Azərbaycanın enerji təhlükəsizliyinin təmin...
Dollar neçə manatadır?
İqtisadçı Rövşən Ağayev manatın alıcılıq qabiliyyəti pariteti (AQP) üzrə məzənnəsindən yazıb. Novator.az-ın məlumatına görə, ekspert bildirir ki, AQP üzrə məzənnə müqayisə aparılan iki ölkədəki mal və xidmət səbətinin dəyəri əsasında müəyyən edilir: “Məsələn, bizdə 100 manatlıq əmtəə-xidmət səbətini...
Pensiyaçılara 100 manat tələsi
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu “Kapital Bank”ı pensiyaçı müştərilərini bonus tələsinə salmaqda ittiham edir. Novator.az-ın məlumatına görə, o yazır ki, “Kapital Bank” pensiyaçılara bonus təklifi verir: “Bankomatdan pensiya...
İnternet nəsli hansı dili seçir?
İsmayıl Rafiqoğlu Dövlət dilini qorumaq hər bir vətəndaşın borcudur. Kimi dindirsən, Azərbaycan türkcəsinin möhtəşəmliyindən, dövlət dili barədə qanundan, ana dildə doğru-düzgün fikrini ifadə etmək bacarığından danışacaq. Elə bu yaxınlarda Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkila...
Amerikalı admiral: ”Rusiya iki ölkəni NATO-ya sürükləyir”
ABŞ-ın “Bloomberg” agentliyi “Rusiya Finlandiya və İsveçi NATO-ya sürükləyir” başlıqlı məqalə yayıb. Məqalənin müəllifi 40 il ABŞ Silahlı Qüvvələrində xidmət keçmiş, son illərdə adı ABŞ-ın vitse-prezidenti, dövlət katibi postlarına namizədlər cərgəsində hallanmış Ceyms Stavridisdir. ABŞ Hərbi Dəniz ...
Cəmil Həsənlinin yeni kitabı
Londonda tarix elmləri doktoru Cəmil Həsənlinin kitabı çapdan çıxıb. Novator.az bildirir ki, 1952-ci il təvəllüdlü Cəmil Həsənli Bakı Dövlət Universitetinin tarix fakültəsində müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışıb. 1993-cü ilin aprel-sentyabr aylarında Azərbaycan prezidenti...
Ermənistanın turizm statistikası
Ermənistanın Turizm Komitəsi yeni statistika açıqlayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2021-ci ilin yanvar-noyabr aylarında Ermənistanı 816600 turist ziyarət edib. 11 ayda Rusiyadan 357930, İrandan 85310, Gürcüstandan 57713, ABŞ-dan 30494 turistin gəldiyi vurğulanır. Hesabata əsasən, t...
Prezidentin yerli televiziya kanallarına müsahibəsi
AZƏRTAC prezident İlham Əliyevin yerli televiziya kanallarına yanvarın 12-də verdiyi müsahibənin mətnini yayıb. Azərbaycan Televiziyasından Rüfət Həmzəyev: Əvvəlcə, iqtisadi məsələlərdən başlamaq istəyərdik. Siz ötən ilin sonunda Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətinizdə ötən ilin ...
İşğal zonasında səfər statistikası
Azərbaycanın Yuxarı Qarabağ bölgəsinin bir hissəsinə nəzarət edən işğalçı rejim səfər statistikası yayıb. Novator.az bildirir ki, iddiaya görə, 2021-ci ildə bölgəyə 4391 xarici vətəndaş səfər edib, bu, 2020-ci illə müqayisədə 45,6% çox, 2019-cu illə müqayisədə 89,5% azdır. 1923-cü ildə Azərbaycanda ...
Media qanunu: imza üçün nə qədər vaxt var?
“Media haqqında” qanunun rəsmiləşməsi üçün bir addım qalır. Milli Məclisin 30 dekabr 2021-ci ildə son oxunuşda qəbul etdiyi layihənin qanuna çevrilməsi üçün prezidentin imzası gərəkdir. Hələlik dövlət başçısı İlham Əliyev bu addımı atmayıb. Novator.az bildirir ki, Azərbaycan Konstitusiyasının 97-ci ...
Putini Ukrayna işğalından nə çəkindirə bilər? – “Foreign Affairs”
“Foreign Affairs” jurnalı “Rusiya düşünür ki, ABŞ xox gəlir” başlıqlı məqalə yayıb. “Foreign Affairs” beynəlxalq münasibətlər, ABŞ-ın xarici siyasəti üzrə ixtisaslaşmış jurnaldır, ildə altı dəfə işıq üzü görür. “Rusiya düşünür ki, ABŞ xox gəlir” məqaləsi 2022-ci ilin ilk sayında çap olunub. Məqaləni...
İlham Əliyev müsahibə verib
Prezident İlham Əliyev yanvarın 12-də Azərbaycanın bir neçə televiziya kanalına müsahibə verib. AZƏRTAC bildirir ki, müsahibədə 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülmüş işlərə, Azərbaycan-Ermənistan münasibətlərinə, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq prosesinə, ölkənin xaric...
NATO-nun tarixindən
Rusiya hərbi-siyasi ittifaq olan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) şərqə doğru genişlənməsi prosesini dayandırmaq tələbi irəli sürür. Hazırda Bosniya və Herseqovina, Gürcüstan və Ukrayna NATO üzvlüyünə namizəd sayılırlar. 30 üzvü olan NATO-nun mənzil-qərargahı Belçikanın paytaxtı Brüss...
Hasilat nöqtəsi, yeni qiymət
Energetika Nazirliyinin rəsmi hesabatına görə, 2021-ci ilin dekabr ayında Azərbaycanın gündəlik xam neft hasilatı 597,1 min barrel olub. Novator.az bildirir ki, ötən il gündəlik hasilat yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 6...