Vəzirov vəfat etdi
Dövlət xadimi Əbdürrəhman Vəzirov yanvarın 10-u Rusiyanın paytaxtı Moskvada vəfat edib. Novator.az bildirir ki, Əbdürrəhman Vəzirov 1930-cu il mayın 26-da Bakı şəhərində doğulub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirib. Azərbaycan Kom...
Bizi qoruyan tarix
Natiq Cəfərli Respublikaçı Alternativ Partiyası Dünyanın müxtəlif yerlərində, əsas da yan-başımızda xalqların haqlı etirazları zamanı bəzi siyasi xadimlər, vətəndaş cəmiyyəti nümayəndələri, vətəndaşlar “filan xalq kimi də olmadıq” deyib xalqımızı aşağılamağa çalışırlar. Hətta “ərəb baharı” zamanı da...
ADR-in qeydiyyat müraciəti nə yerdədir?
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının müraciətinə hələ baxmayıb. Partiya sədri Qubad İbadoğlunun yaydığı məlumata görə, İdarə Heyətinin 8 yanvar toplantısında bu məsələ müzakirə olunub, gələcək addımlar üçün qısa bir müddət də gözlə...
Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri
“Bir tərəfdən baxanda Rusiyanın Qazaxıstana hərbi müdaxiləsi riskli addım kimi görünür. Çünki bu, qazax xalqının kütləvi şəkildə Rusiyadan uzaqlaşmasına, hətta onunla düşmənçiliyə başlamasına, Qazaxıstanda Rusiyaya qarşı müqavimətin formalaşmasına gətirib çıxara bilər”. Moskva Karneqi Mərkəzinin dir...
Azərbaycan beynəlxalq sosial müdafiə hesabatında
İqtisadçı Rövşən Ağayev Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiə Hesabatına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 10 müxtəlif indikatora əsaslanan sənəddə ölkələr sosial müdafiənin effektiv təşkili üzrə müqayisə olunur: “Hesabata əsasən, Azərbaycanda pensiya hüququ...
Mustafanın 50 yaşı
Jurnalist, siyasətçi Mustafa Hacıbəylinin 50 yaşı tamam olub. 1972-ci il yanvarın 8-də Zaqatalanın Yuxarı Tala kəndində doğulan Mustafa Hacıbəyli indiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Polşada jurnalistika sahəsi üzrə təhsil alıb. “525-ci qəzet”də, “Yeni Müsavat” qəzetində çalışıb, “Demokra...
Azərbaycanda Qazaxıstan bəyanatı
Azərbaycan müxalifətinin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana hərbi qüvvə yeritməsini pisləyib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, KTMT-nin sənədlərində üzv dövlətlərdən hər hansı birinə ...
Avropa meydanlarında
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyunlar arxada qalıb. Novator.az-ın məlumatına görə, İspaniya çempionatında “Real” 49 xalla liderdir. “Sevilya” 44, “Betis” 34, “Atletiko” və “Real Sosyedad” 33, “Barselona” 32 xal yığıb. İtaliya çempionatında “İnter” 49 xalla zirvədədir. “Mila...
“Wall Street Journal”: “Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”
ABŞ-ın “Wall Street Journal” qəzetində “Qazaxıstan böhranı Sovet İttifaqının dirçəlməsi deməkdirmi?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi 2005-2006-cı illərdə ABŞ-ın NATO-da elçisi, 2018-2019-cu illərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi vəzifələrində çalış...
Qazaxıstanda matəm
Yanvarın 10-u Qazaxıstanda milli matəmdir. Ölkə qanlı hadisələrdə həlak olanlara yas tutur. 2022-ci ilin ilk günündə Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndər...
Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır – “Vaşinqton Post”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır” başlıqlı məqalə dərc olunub. Məqalənin üç müəllifi var: ABŞ-dakı Con Hopkins Universitetinin beynəlxalq münasibətlər kafedrasının dosenti Yevgeni Finkel, Qüdsdəki Yəhudi Universitetinin elmi işçisi Canetta Azary...
Neftsiz ixracda artım
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 7 yanvar hesabatına görə, 2021-ci ildə Azərbaycandan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47,2% artıb. 2016-cı ildə yaradılan İqtisadi İslahatların Təhlili və K...
Qiyas İbrahimov aksiyası
İctimai fəal Qiyas İbrahimov yanvarın 7-si Bakının mərkəzində, Prezident Administrasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Ərazidəki mühafizə xidmətinin təmsilçiləri və polis əməkdaşları ona mane olub. “Turan”ın məlumatına görə, Qiyas İbrahimov bu aksiya ilə Avr...
Tokayevin bioqrafiyası
Qaynar hadisələr burulğanından keçən Qazaxıstanda indi əsas siyasi fiqur prezident Qasım-Comərd Tokayevdir. Novator.az onun bioqrafiyasını təqdim edir. Qasım-Comərd Tokayev 1953-cü il mayın 17-də Alma-Ata şəhərində (1997-ci ilə qədər Qazaxıstanın paytaxtı, indiki Almatı) doğulub. 1975-ci ildə Moskva...
Məhbus jurnalistdən aclıq sorağı
Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan jurnalist Polad Aslanov yanvarın 6-dan aclıq edir. Xəbəri “Turan” məhbusun həyat yoldaşına istinadla yayıb. Jurnalist yanvarın 6-da ona baş çəkən həyat yoldaşına aksiyaya Ali Məhkəmədə şikayətinə baxışın yubanmasına etiraz əlaməti olaraq əl atdığını ...
KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?
Qazaxıstanda yanvarın 2-də sosial və siyasi tələblərlə başlayan kütləvi aksiyalar yanvarın 5-dən hökumət qüvvələri ilə toqquşmalara və iğtişaşlara gətirib. Çoxlu ölən və yaralanan var, minlərlə şəxs tutulub. Prezident Qasım-Comərd Tokayev ölkədə sabitliyin bərpası üçün yanvarın 5-də Kollektiv Təhlük...
Eldar Həsənovun vəkili müqayisə aparır
Dövlət xadimi Eldar Həsənovun vəkili Valeh Mehralıyev yanvarın 7-də Novator.az saytına açıqlama verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsində həmin gün keçirilmiş prosesdə dövlət ittihamçısının Eldar Həsənova 11 il azadlıqdan məhrumetmə cəzası istəməsinə belə münasibət bildirib: “Hamıya məlumdur ki, E...
Qazaxıstanda Putin doktrinası – “Bloomberg”
“Rusiyanın xalq üsyanını yatırtmaq üçün Qazaxıstana qoşun yeritməsi dünyanın bir başqa bucağında – Qərbdə o qədər də vacib olmayan bir xəbər kimi qəbul edilə bilər. Amma Rusiyaya Vladimir Putinin prezidentlik etdiyini və onun Ukraynanı ram etmək üçün apardığı işləri nəzərə alanda Qazaxıstana q...
Ərzaq məhsullarında yerli istehsalın payı
Bakuresearchinstitute.org saytı Dövlət Statistika Komitəsinin 2020-ci il hesabatlarına əsaslanaraq ərzaq məhsulları üzrə yerli istehsal səviyyəsinə nəzər salıb. Araşdırmaya görə, 2020-ci ildə buğdada yerli istehsalın payı 57,1 faiz olub. Başqa bitkiçilik məhsulları üzrə göstəricilər belə rəsmiləşib:...
İqbal Ağazadə qərarı gəlir
Yanvarın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. Novator.az-ın məlumatına görə, gözlənən qərarlardan biri Ümid Partiyasının sədri İqbal Ağazadənin şikayətini əhatə edir. Siyasətçi 2015-ci il noyabrın 1-də keçirilən parlament seçkisində 3...