2021-ci ildə Azərbaycanda 15247 fövqəladə hadisə baş verib, 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin rəsmi hesabatına görə, 38 nəfər yanğın hadisələrində, 12 nəfər partlayışlarda, 3 nəfər yağıntı nəticəsində, 1 nəfər bina uçmasında, 1 nəfər geoloji uçqunda həyatını itirib.