Ermənistanın baş naziri Nikol Paşinyan yenidən koronavirus infeksiyasına yoluxub. Yanvarın 26-da yayılan rəsmi məlumata görə, baş nazir özünü təcrid edərək ev şəraitində müalicə alıb çalışır.
Nikol Paşinyan 2020-ci il iyunun 1-də də koronavirusa yoluxaraq bir müddət ev şəraitində fəaliyyət göstərmişdi.
Novator.az bildirir ki, 2019-cu ilin dekabr ayında Çində üzə çıxıb dünyanı bürüyən koronavirus infeksiyası 5,6 milyondan çox adamın ölümünə gətirib. Ermənistanda 355662 yoluxma, 8033 ölüm qeydə alınıb.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib. 2018-ci il dekabrın 9-da onun “Mənim addımım” bloku, 2020-ci il iyunun 20-də Vətəndaş Sazişi Partiyası parlament seçkilərində qalib gələrək hökumət qurub.