• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropadan İlham Əliyevə çağırış

  • 25 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

“Turan”ın 25 yanvar məlumatına görə, Avropa Şurasının insan hüquqları komissarı Dunya Miyatoviç prezident İlham Əliyevi “Media haqqında” qanun layihəsini yenidən işlənməsi üçün parlamentə qaytarmağa çağırıb.

2021-ci il dekabrın 10-da üzə çıxmış layihə dekabrın 30-da Milli Məclisin son oxunuşundan keçib.

Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.

Konstitusiyanın 109-cu maddəsinin 19-cu bəndi prezidentə qanunları imzalamaq və dərc etmək hüququ verir.

110-cu maddəyə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Milli Məclisə qaytara bilər.

Avropa Şurasının insan hüquqları komissarı Dunya Miyatoviç prezident İlham Əliyevə məktubunda media qanunu layihəsinin geniş və məzmunlu məsləhətləşmələr aparılmadan qəbul edilməsindən narahatlığını dilə gətirib. Onun fikrincə, layihə insan hüquqları, ifadə azadlığı və kütləvi informasiya vasitələri azadlığı sahəsində beynəlxalq standartlara uyğun deyil, media sahəsini və jurnalist peşəsini həddindən artıq çox tənzimləyir, bu da azad, müstəqil, senzuraya məruz qalmayan media və plüralizm prinsiplərinə ziddir: “Qanun layihəsi hakimiyyət orqanlarına lisenziyalaşdırma yolu ilə jurnalistlərin işini həddindən artıq məhdudlaşdırmaq səlahiyyəti verir, həmçinin media şirkətlərinin və təşkilatlarının maliyyə fəaliyyətinə, hüquqi fəaliyyətinə və əməliyyat fəaliyyətinə məhdudiyyətlər tətbiq etməyə yol açır”.

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Mediada reyestr divarı

Media qanunu: 8 partiyadan çağırış gəldi

Media qanunu: bir razılaşma var

Media aksiyası

Media qanununa yazılı təkliflər

Parlamentə etiraz

Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?

“Media qanunu qəbul olunsa da…”

Cahillik nümunəsi

Media qanunu son oxunuşda

Media qanunu son mərhələyə yön aldı

Media qanunu: imza üçün nə qədər vaxt var?

Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur

İcbari tibbi sığortanın yenilənmiş haqları

  • 25 Yanvar 2022
  • comments

Məhbus jurnalist aclığı dayandırdı

  • 25 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda