• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Akademiya ilə üzülüşmək

  • 24 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisad elmləri namizədi, London İqtisadiyyat Məktəbinin professoru, siyasətçi Qubad İbadoğlu elm sahəsində idarəçiliyi dəyişməyi təklif edir. O yazır ki, Azərbaycan Milli Elmlər Akademiyası sovet dövründən qalan sistem kimi inkişafa və tərəqqiyə mane olur: “Elmin idarəçiliyi özünüidarəetmə formasına keçməli, maliyyələşmə nəticə əsasında müxtəlif mənbələr və sifarişlər üzrə təşkil edilməlidir. Milli Elmlər Akademiyasının bazasında sosial elmlər, təbiət elmləri, dəqiq elmlər, tibb elmləri akademiyaları adı altında müxtəlif elmi məktəblər formalaşdırmaq, rəqabət mühiti yaratmaq, təltifləri elmi nailiyyətlər üzrə aparmaq, məktəblərin büdcəsini onların uğurları ilə əlaqələndirmək gərəkdir.

Hazırkı dünya düzənində elmsiz və təhsilsiz inkişaf mümkün deyil. Hər iki sahədə akademik azadlıqlar, maliyyə və idarəetmə müstəqilliyi təmin olunmalı, universitetlər Karnegi tədqiqat təsnifatı üzrə formalaşmalıdır.

“Quacquarelli Symonds” konsaltinq şirkətinin tərtib etdiyi 2022-ci il reytinqində Azərbaycandan bir universitet də ilk 1000-likdə yer almayıb. Ermənistan və Gürcüstan həmin siyahıda 1, Ukrayna 6, Türkiyə 9, Qazaxıstan 12, Rusiya 35 universitetlə təmsil olunur.

Modern iqtisadiyyatı elmsiz və təhsilsiz, yəni texnologiyasız, innovasiyasız, müasir tələblərə cavab verən kadrlarsız təsəvvür etmək olmaz, amma biz yenə sovet sistemi içində və Ramiz Mehdiyevlə “elmin inkişaf yolundayıq”. Bununla Azərbaycan elmini dəfn edirik”.

Novator.az bildirir ki, əsası 1945-ci ildə qoyulan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nizamnaməsinə görə, qurum ölkədə elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, ölkəni elmi-texniki fəaliyyət sahəsində xaricdə təmsil edən dövlət ali elmi təşkilatıdır.

Akademiyanın fəaliyyətinə AMEA prezidenti rəhbərlik edir. 2019-cu il oktyabrın 23-dən bu postu Ramiz Mehdiyev tutur.

1938-ci il təvəllüdlü Ramiz Mehdiyev fəlsəfə elmləri doktorudur.

O, 1965-1988-ci illərdə Azərbaycanın komsomol və partiya təşkilatlarında rəhbər vəzifələrdə çalışıb, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri olub.

“Dünyada demokratiyalarla avtokratiyalar arasında ...

  • 24 Yanvar 2022
  • comments

Sözün və cəzanın həddi

  • 24 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Siyasət
  • Təhsil

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda