Yanvarın 19-da Qazaxıstanın bütün ərazisində fövqəladə vəziyyət rejimi ləğv edilib. Novator.az-ın məlumatına görə, rejim kütləvi tədbirlərə, alkoqollu içkilərin satışına, toplantı, mitinq və tətillərə, silah satışı və istifadəsinə qadağa, hərəkət azadlığına məhdudiyyət nəzərdə tuturdu.
2022-ci il yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına, hökumət qüvvələri ilə toqquşmalara, iğtişaşlara gətirib. Qiymət artımı qərarı ləğv edilib, yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yanvarın 6-dan ölkəyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin (Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan) hərbi qüvvələri yeridilib.
Yanvarın 11-də yeni hökumət qurulub, vəziyyət sabitləşməyə başlayıb, bir çox bölgədə fövqəladə vəziyyət rejimi ləğv edilib. Yanvarın 13-dən başlayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbçiləri Qazaxıstandan çıxarılıb.
Toqquşma və iğtişaşlarda 220-dən çox şəxs həlak olub.
1989-cu ildən Qazaxıstana Nursultan Nazarbayev rəhbərlik edib. O, 1990-2019-cu illərdə prezident postunu tutub.
Nursultan Nazarbayev özündən sonrakı prezidentin – Qasım-Comərd Tokayevin dövründə Təhlükəsizlik Şurasına sədrliyi davam etdirib, həmin vəzifədən 2022-ci il yanvarın 5-də uzaqlaşdırılıb.
1953-cü il təvəllüdlü Qasım-Comərd Tokayev 1992-ci ildən xarici işlər nazirinin müavini, 1993-cü ildən nazirin birinci müavini olub. 1994-cü ildə xarici işlər naziri postuna təyinat alıb, 1999-cu ildə əvvəl baş nazirin müavini, ardınca baş nazir vəzifəsinə keçirilib.
2002-ci ildən Qasım-Comərd Tokayev dövlət katibi-xarici işlər naziri, 2003-cü ildən xarici işlər naziri postlarında fəaliyyət göstərib, 2007-ci ildən Qazaxıstan parlamentinin yuxarı palatası olan Senata sədrlik edib.
2011-ci ildən BMT baş katibinin müavini olan Qasım-Comərd Tokayev 2013-cü ildə yenidən Senatın sədri seçilib.
2019-cu il martın 20-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev idarəçilikdə müəyyən səlahiyyətləri saxlamaqla istefa verib, Qasım-Comərd Tokayev prezident andı içərək dövlət başçısı kürsüsünə oturub, həmin il iyunun 9-da keçirilmiş növbədənkənar prezident seçkisində qalib gəlib.
Qazaxıstan hökuməti istefaya göndərildi
Qazaxıstan üsyanı Nazarbayevi aşırır
Qazaxıstan hadisələrinin üzdə olan xronologiyası
Qazaxıstana hərbi müdaxilə nəyə gətirəcək?
Qazaxıstanda Putin doktrinası – “Bloomberg”
KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?
Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır
“Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”
Azərbaycanda Qazaxıstan bəyanatı
Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri
“Sky News”un Almatıdan reportajı: ölənlərin çoxu başından güllələnib