• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qazaxıstanda Rusiya izi

  • 06 Yanvar 2022
0
SHARES
FacebookTwitterPinterest

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Qazaxıstanda baş verən hadisələrin Rusiyanın ssenarisi olduğunu iddia edir. Novator.az-ın məlumatına görə, o yazır ki, Rusiya prezidenti Vladimir Putin 2022-ci ildə, SSRİ-nin 100 illiyində simvolik olaraq bu xalqlar həbsxanasını diriltmək istəyir: “Diktatorlar simvolizmə çox önəm verirlər, bu təhlükə çox real görünür. Putin Qərbə şərqə nüfuzetmə prosesini durdurmaq ultimatumu verib, cavab gözləyir. Çox güman, cavab mənfi olacaq, amma Qərb postsovet məkanında Rusiya ilə üzbəüz gəlməyəcək, Putin bunu bilir, Belarusdan sonra Qazaxıstanda da maneələri ləğv edib üç ölkənin təsisçisi olduğu yeni ittifaq elan etmək istəyir.

Qazaxıstanda ya Belarus, ya da Ukrayna ssenarisi mümkündür. Görünür, ötən il dekabrın 28-də, MDB ölkələrinin sammitində sabiq prezident Nursultan Nazarbayev Rusiya liderinin hansısa ciddi tələbini qəbul etməyib, indiki prezident Qasım-Comərd Tokayev isə ağsaqqalın kölgəsində qalmaqdan bezib, Kremlə “o nə etmirsə, mən edərəm” sözü verib.

Nazarbayev gedir, indi Tokayev kosmetik dəyişikliklərlə, Nazarbayev klanının nümayəndələrinə qarşı repressiyalarla reytinqini artıracaq, amma Moskvaya daha yaxın olacaq – buna məhkumdurlar, Qazaxıstanın Rusiya ilə 7600 kilometr quru sərhədi var, ölkədə xeyli rus və rusdilli yaşayır, Kremlin istədikləri olmasa, Ukrayna ssenarisi işə düşəcək, Qazaxıstanda beş “Donbas” yaranacaq.

Belarus ssenarisi olsa, Tokayev ittifaq dövləti modelinə uyğun olaraq Rusiya ilə yeni sazişlər, daha dərin inteqrasiya müqavilələri imzalayacaq, 2022-ci il ərzində, SSRİ-nin 100 illiyi yubileyində Rusiya-Belarus-Qazaxıstan yeni şərtlərlə ittifaq dövləti elan edəcəklər”.

Yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib. Ölkəni bürüyən aksiyalar hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunur, ölənlər və yaralananlar var. Prezident Qasım-Comərd Tokayev yanvarın 5-i səhər baş naziri və hökuməti istefaya göndərib, həmin gün axşamdan ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejimi tətbiq olunur.

Ali rəhbərlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəyib. Yanvarın 5-i axşam KTMT liderlərinə müraciət edən prezident Qasım-Comərd Tokayev Qazaxıstanın terrorla üz-üzə qaldığını vurğulayıb.

1992-ci il mayın 15-də yaradılan KTMT-də Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsil olunur. KTMT-nin ali orqanı üzv ölkələrin liderlərinin daxil olduğu Kollektiv Təhlükəsizlik Şurasıdır. Yanvarın 6-na keçən gecə hazırda Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlaması yayılıb. O, Qazaxıstana KTMT-nin sülhməramlı hərbi kontingentinin yeridiləcəyini bildirib.

Qazaxıstandakı aksiyalarda siyasi şüarlar da səslənir, o cümlədən ölkənin birinci prezidenti Nursultan Nazarbayevin idarəçilikdən tam çəkilməsi tələb olunur. Yanvarın 5-i axşam Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının sədri postundan uzaqlaşdırıldığı açıqlanıb.

1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilib, 1990-cı ilin fevralından eyni zamanda Qazaxıstan Ali Sovetinin sədri postunu tutub.

1990-cı il aprelin 24-də parlamentdə prezident seçilib. Nursultan Nazarbayev 1991-ci ildə müstəqil dövlət elan olunan Qazaxıstanda 5 ümumxalq səsverməsini udaraq prezident kürsüsünü qoruyub.

2019-cu il martın 20-də dövlət başçısı postundan öz istəyi ilə ayrılan Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri, Konstitusiya Şurasının üzvü vəzifələrini əlində saxlayıb.

Nursultan Nazarbayev hakimiyyətdən gedən gün – 2019-cu il martın 20-də parlamentin yuxarı palatasının sədri Qasım-Comərd Tokayev Qazaxıstanın ikinci prezidenti elan edilib. Həmin il iyunun 9-da keçirilən prezident seçkisi Qasım-Comərd Tokayevin qələbəsi ilə başa çatıb.

Zaman məsələsi

  • 06 Yanvar 2022

“Xanım Fatimeyi Zəhra” məscidi yenilənib

  • 06 Yanvar 2022

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

Rəylər

Do not miss

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”nın finalçıları

comments
AktualDünyanın səsiManşetXəbər

Rus tankı qabyuyana möhtac

comments
AktualManşetXəbər

Sabiq dövlət başçısına 180 manat…

comments
ManşetXəbər

Demokratiyanın ixtisarı

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus itkiləri

comments
Dünyanın səsiManşetXəbər

Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb

comments
Dünyanın səsiManşetXəbər

Kiyev metrosu köhnə adları arxivə verir

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan aksiyalarının iki lideri

comments
AktualManşetXəbər

Orta pensiya statistikası (2005-2021)

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda