• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Amerikalı senatorların Kiyevdən mesajları

  • 19 Yanvar 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ-ın bir qrup senatoru Ukraynaya səfər edib. Novator.az saytı “Vaşinqton Post” qəzetinə istinadla bildirir ki, nümayəndə heyətində Senatın həm Respublikaçılar, həm də Demokratlar partiyalarının üzvləri təmsil olunub.

Senatorlar Ukraynanın prezidenti, daxili işlər, xarici işlər nazirləri, müdafiə naziri və hərbi komandanlığın digər nümayəndələri, enerji şirkətlərinin rəhbərləri ilə görüşüblər.

Nümayəndə heyətinin başçısı, Demokratlar Partiyasından senator Janna Şahin bildirib ki, hər iki partiyanın təmsil olunduğu senatorlar qrupunun Kiyevə səfəri bütün dünyaya mesajdır: “Biz bu səfərimizlə qlobal miqyasda açıq mesaj göndərərək bildiririk ki, ABŞ həmişəki kimi öz suverenliyini müdafiə edən, Rusiyanın davamlı təcavüzünə qarşı mübarizə aparan Ukraynaya tam dəstək verir”.

Respublikaçılar Partiyasından senator Rob Portman Ukraynanın indi dəstəyə daha çox ehtiyacı olduğunu vurğulayıb. O deyib ki, Ukraynanın getdikcə aqressivləşən Rusiya ilə mübarizə apardığı, öz ərazi bütövlüyünü qorumağa çalışdığı, habelə daxildə demokratiyanı gücləndirmək üçün mühüm islahatlara cəhd göstərdiyi bir vaxtda Birləşmiş Ştatların Kiyevin yanında olması çox vacibdir.

Demokratlar Partiyasından senator Kris Merfi bildirib ki, ABŞ Ukraynanın zəruri müdafiə sistemləri ilə təchiz olunmasını davam etdirəcək. O əlavə edib ki, görüşlərdə müzakirə etdikləri bir mühüm məsələ də Ukraynada işğalçılara qarşı vətəndaş müqavimətinə ehtiyac yaranacağı təqdirdə ABŞ-ın bu işə nə kimi kömək göstərə biləcəyi istiqamətində olub.

Amerikalı senatorların Kiyevə səfəri Rusiyanın Ukrayna ilə sərhədə yüz minlik qoşun yığdığı və böhranı diplomatik yolla həll etmək cəhdlərinin səmərə vermədiyi dövrə təsadüf edir.

2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edən, Donbas bölgəsinin bir hissəsini isə separatçı rejimlərin əli ilə işğal altına alan Rusiya prezidenti Vladimir Putin hazırda NATO-dan Ukraynanın heç vaxt bu alyansa qəbul edilməyəcəyinə və keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağına dair zəmanət istəyir. 2022-ci ilin yanvar ayının 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO rəsmiləri Putinin tələbini rədd ediblər.

Mənbə: Washingtonpost.com

Teymur Musayev nazir təyin olundu

  • 19 Yanvar 2022
  • comments

İcra başçısı sərəncamları

  • 19 Yanvar 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda