• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazarbayev üzə çıxdı

  • 18 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Dünyanın səsiManşetXəbər

Yanvarın 18-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin müraciəti yayılıb. Novator.az-ın məlumatına görə, video vasitəsilə xalqa səslənən Nursultan Nazarbayev Qazaxıstanda baş vermiş qanlı hadisələrə toxunub, həlak olanların ailələrinə başsağlığı verib, ölkənin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasının vacib olduğunu vurğulayıb.

Nursultan Nazarbayev 2019-cu ildə prezident postundan getdiyini xatırladıb, indiki dövlət başçısı Qasım-Comərd Tokayevə dəstəyini ifadə edib, hakim elitada hər hansı parçalanmanın olmadığını deyib.

Nursultan Nazarbayev ölkəni tərk etmədiyini, Qazaxıstanın paytaxtında olduğunu bildirib.

1940-cı il təvəllüdlü Nursultan Nazarbayev 1989-cu ildən Qazaxıstana rəhbərlik edib, 1990-cı ildən 2019-cu il martın 20-dək prezident postunu tutub.

Nursultan Nazarbayev özündən sonrakı prezidentin – Qasım-Comərd Tokayevin dövründə Təhlükəsizlik Şurasına sədrliyi davam etdirib, həmin vəzifədən 2022-ci il yanvarın 5-də uzaqlaşdırılıb.

2022-ci il yanvarın 1-dən Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün prezident Qasım-Comərd Tokayev sabitliyin bərpası üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridilib.

Yanvarın 11-i Qazaxıstanda yeni hökumət qurulub, vəziyyət sabitləşməyə başlayıb, bir çox bölgədə fövqəladə vəziyyət rejimi ləğv edilib. Yanvarın 13-dən KTMT hərbçiləri Qazaxıstandan çıxarılır. 1992-ci ildə yaradılmış bu hərbi-siyasi quruma Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Son məlumata əsasən, Qazaxıstandakı toqquşma və iğtişaşlarda 225 nəfər həlak olub.

Qanlı hadisələr baş verəndən bəri, yanvarın 18-dək Nursultan Nazarbayev heç yerdə görünməyib, onun hər hansı açıqlaması yayılmayıb.

Qazaxıstan hökuməti istefaya göndərildi

Sultanla üzülüşmək?

Qazaxıstan alovlanır

Qazaxıstan üsyanı Nazarbayevi aşırır

Qazaxıstana qoşun yeridilir

Qazaxıstan dərsləri

Qazaxıstanda Rusiya izi

Qazaxıstan hadisələrinin üzdə olan xronologiyası

Nazarbayev haradadır?

Qazaxıstana hərbi müdaxilə nəyə gətirəcək?

Qazaxıstanda Putin doktrinası – “Bloomberg”

KTMT Qazaxıstana nə qədər qüvvə göndərib?

Tokayevin bioqrafiyası

Qazaxıstan Putinə nədən qorxmalı olduğunu xatırladır

Qazaxıstanda matəm

“Qazaxıstan böhranı SSRİ-ni yoxdan var edə bilər”

Azərbaycanda Qazaxıstan bəyanatı

Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün nəticələri

Qazaxıstanda yeni baş nazir

Qazaxıstan necə idarə olunur?

Qaldı ruslar

Qazaxıstanda itki açıqlaması

“Sky News”un Almatıdan reportajı: ölənlərin çoxu başından güllələnib

Tağıyev abidəsi

  • 18 Yanvar 2022
  • comments

Donuq duyğuların canlı xəyalı: Ağdam

  • 18 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda