• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ukrayna gərginliyi Putinə nə verir? – “Bloomberg”

  • 17 Yanvar 2022
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetŞərh

Bugünlərdə Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə Qərb ölkələri arasında Ukraynadakı vəziyyətlə əlaqədar danışıqlar aparılıb. İlk təmas yanvarın 9-10-da Cenevrədə ABŞ və Rusiya xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutub. Yanvarın 11-də Brüsseldə iki il yarımdan sonra ilk dəfə NATO-Rusiya Şurasının iclası keçirilib. Yanvarın 13-də müzakirələr Vyanada ATƏT çərçivəsində davam etdirilib. Amma tərəflər danışıqlarda hansısa irəliləyişə nail olmayıblar.

ABŞ-ın “Bloomberg” agentliyində bu mövzuda “Putin heç nə etməyə-etməyə necə qalib gəlir?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi agentliyin əməkdaşı Entoni Halpindir. O, məqaləsində Rusiya ilə Qərb arasındakı danışıqların nəticəsiz başa çatmasının, qeyri-müəyyən vəziyyətin davam etməsinin kimə daha çox sərfəli olduğunu aydınlaşdırmağa çalışıb. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Bu ay Cenevrə, Brüssel və Vyana şəhərlərində aparılan danışıqlarda ABŞ və Avropa diqqətə çatdırıb ki, Rusiya prezidenti Vladimir Putinin seçim imkanı var: Qərbdən təhlükəsizlik zəmanətləri uman, NATO-nun şərqə doğru genişlənməməsini, Ukraynanın bloka qoşulmamasını və keçmiş sovet respublikaları ərazisində hərbi bazaların yaradılmamasını istəyən Rusiya bu tələblərində yalnız o vaxt nəyəsə nail ola bilər ki, Ukrayna ətrafında gərginliyi azaltsın. Ancaq Putinin də belə düşünüb-düşünmədiyi hələ sual altındadır.

İlk baxışdan Putin qərarsız kimi görünür və bu, hələlik ona dividend gətirir. Ukrayna sərhədinə yüz minlik qoşun yığmış Putin bir həftə davam edən danışıqlardan sonra da ABŞ-ı və Avropanı onun niyyətinin nə olduğu üzərində baş sındırmağa məcbur edir.

Əslində Putinin gərginliyi azaltması üçün əsasları az deyil. Rusiya prezidenti bu ay keçirilən danışıqlarda ABŞ və NATO-nu orta mənzilli raketlərin yerləşdirilməsi məsələsində ona əməkdaşlıq təklif etmək məcburiyyətində qoyub. Halbuki Putin əvvəllər bu məsələdə rədd cavabı alırdı.

Danışıqlarda rusiyalı diplomatlar dönə-dönə vurğulayıblar ki, Moskva NATO qarşısında irəli sürdüyü əsas tələblərdə güzəştə getməyəcək. Həmin tələblər isə Ukraynanın və digər keçmiş sovet respublikalarının NATO-ya qoşulmaq hüququndan məhrum edilməsindən, NATO qüvvələrinin 1997-ci ildəki mövqelərə çəkilməsindən ibarətdir.

Düzdür, alyans bu tələbləri rədd edib. Amma o biri yandan da NATO-Rusiya Şurasının iclasında Rusiyanın nümayəndəsi bildirib ki, Moskva ABŞ-dan və Amerikanın müttəfiqlərindən yazılı təkliflər gözləyir və yalnız o təklifləri alandan sonra Putin danışıqları davam etdirib-etdirməyəcəyi barədə qərar verəcək.

Yəni bugünədək bir tankını da geri çəkməyən Putin hələ indən belə də oturub baxacaq görsün Qərb ona daha nələr təklif etməyə hazırdır, sonra qərara gələcək ki, bir addım atsın, ya yox.

Beləcə, vaxt uzanır, vaxtın uzanması isə Ukraynanın işğal olunacağı təqdirdə ABŞ-ın Rusiyaya tətbiq edəcəyi sanksiyalar sarıdan narahatlıq keçirən Avropa dövlətlərində gərginliyi artırır. Çünki Avropa həmin sanksiyalardan ziyan çəkəcəyini düşünür.

İşdir-şayəd, Putin gərginliyi aradan qaldıracaq heç nə etməsə, onda axırda yəqin ki, məhz Vaşinqtonla Brüssel – Moskva yox! – bu böhranlı vəziyyətdə nəsə bir addım atmağa qərar vermək məcburiyyətində qalacaq.

Entoni Halpin

Mənbə: Bloomberg.com

Böyük beşlikdə

  • 17 Yanvar 2022
  • comments

Ümumi daxili məhsul: yekun hesabat

  • 17 Yanvar 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda