• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Prezidentdən layihəni geri qaytarmaq xahiş olunur

  • 14 Yanvar 2022
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, İnternetin İnkişafı Forumunun sədri Osman Gündüz, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Qulu Məhərrəmli, media hüququ üzrə mütəxəssislər Ələsgər Məmmədli və Xalid Ağalıyev prezident İlham Əliyevə müraciət ediblər.

Novator.az-ın məlumatına görə, müraciət “Media haqqında” qanun layihəsi ilə bağlıdır.

2021-ci il dekabrın 10-da üzə çıxmış layihə dekabrın 30-da Milli Məclisdə son oxunuşda qəbul olunub.

Dövlət başçısına müraciətdə vurğulanır ki, layihə ictimai müzakirələr aparılmadan, müstəqil KİV nümayəndələrinin və hüquqşünasların rəyi nəzərə alınmadan hazırlanıb və parlamentə təqdim edilib: “Layihənin mətni parlament komitəsinin müzakirəsindən cəmi bir gün qabaq açıqlanıb. Bundan sonra biz dar zaman kəsiyində layihənin mürtəce, media və ifadə azadlığı standartları ilə üst-üstə düşməyən məzmununun yaxşılaşdırılmasına xidmət edən təkliflər paketi hazırlayıb parlamentə təqdim etmişik. Ancaq təəssüflər olsun ki, irəli sürdüyümüz vacib təkliflər də diqqətsiz qalıb. Milli Məclis yekunda texniki məzmunlu bir neçə dəyişiklik etməklə layihəni qəbul edib”.

Müraciətdə deyilir ki, media qanunları standartlarına uyğun gəlməyən, mətni mücərrəd, anlayışları dolaşıq olan qanun layihəsi jurnalistika fəaliyyətini tamamilə dövlət tənzimləməsinə tabe etdirməyə yönəlib: “O, kimin qanuni jurnalistika fəaliyyəti ilə məşğul ola biləcəyini müəyyənləşdirməkdən tutmuş onlayn mediaların icra orqanından lisenziya və ya rəy almalı olması şərtinə qədər bütün həlledici tənzimləmələrin açarını dövlətə təslim edir”.

Müraciətdə bildirilir ki, layihənin istər hazırlanması prosesi, istərsə də məzmunu “İnformasiya əldə etmək haqqında” qanuna, Azərbaycan Konstitusiyasına və ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq müqavilələrin media azadlığı ilə bağlı müddəalarına ziddir. Buna görə də prezident İlham Əliyevdən “Media haqqında” qanun layihəsini imzalamamaq, layihəni yenidən işlənməsi üçün parlamentə qaytarmaq xahiş olunur.

Azərbaycan Konstitusiyasının 97-ci maddəsinə görə, qanunlar Milli Məclisdə qəbul edildiyi gündən 14 gün müddətində imzalanmaq üçün prezidentə təqdim olunmalıdır.

Konstitusiyanın 109-cu maddəsinin 19-cu bəndi prezidentə qanunları imzalamaq və dərc etmək hüququ verir.

110-cu maddəyə görə, prezident qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalamalıdır. Qanun prezidentin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə Milli Məclisə qaytara bilər.

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Mediada reyestr divarı

Media qanunu: 8 partiyadan çağırış gəldi

Media qanunu: bir razılaşma var

Media aksiyası

Media qanununa yazılı təkliflər

Parlamentə etiraz

Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?

“Media qanunu qəbul olunsa da…”

Cahillik nümunəsi

Media qanunu son oxunuşda

Media qanunu son mərhələyə yön aldı

Media qanunu: imza üçün nə qədər vaxt var?

Sənaye, sərmayə, orta maaş statistikası

  • 14 Yanvar 2022
  • comments

Qazaxıstanda itki açıqlaması

  • 15 Yanvar 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda