Prezident İlham Əliyev yanvarın 12-də bir qrup jurnalistə verdiyi müsahibədə koronavirus infeksiyası ilə mübarizə məsələsinə də toxunub: “Hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, məndə anticisimlər azalır, o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü dozanı aldım”.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, 2022-ci il yanvarın 13-dək 622881 yoluxma, 8480 ölüm rəsmiləşib.
Ölkədə koronavirus infeksiyasına qarşı peyvəndləmə 2021-ci il yanvarın 18-dən gedir. Novator.az bildirir ki, son rəsmi hesabata görə, 5 milyon 190 min 347 nəfər bir doza, 4 milyon 703 min 255 nəfər iki doza, 1 milyon 669 min 18 nəfər üç doza peyvənd alıb.