• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycan beynəlxalq sosial müdafiə hesabatında

  • 10 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

İqtisadçı Rövşən Ağayev Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiə Hesabatına diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 10 müxtəlif indikatora əsaslanan sənəddə ölkələr sosial müdafiənin effektiv təşkili üzrə müqayisə olunur: “Hesabata əsasən, Azərbaycanda pensiya hüququ qazana bilməyən şəxslərə təyin edilən müavinət məbləğinin mütləq yoxsulluq həddinə nisbəti 46,6 faizdir. Gürcüstanda həmin göstəricinin 109, Ermənistanda 39, Türkiyədə 21,7 faiz olduğu bildirilir.

Beynəlxalq Əmək Təşkilatı Azərbaycan və Ermənistanın adını xüsusi vurğulayaraq qeyd edir ki, pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb.

Hesabata görə, Azərbaycanda əmək qabiliyyətli yaşda (15 yaş və daha yuxarı yaş) olanların 40 faizdən daha az hissəsi gələcək pensiyalarını təmin edə bilir. Türkiyədə həmin göstərici 60 faizdən çox, Ermənistanda 50 faizə yaxındır.

Qeyd olunur ki, Azərbaycanda uşaqların cəmi 16,9 faizi səhiyyə xaric ən azı bir sosial müdafiə tədbiri ilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4, Gürcüstanda 48,1, Ermənistanda 30,2 faizdir.

Yeni övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16 faizi hökumətin sosial müdafiə proqramı ilə əhatə olub. Həmin göstərici Qazaxıstanda 44,2, Ermənistanda 61,6, Gürcüstanda 26 faiz həddindədir.

Azərbaycanda aztəminatlı əhalinin 13,4 faizi sosial yardım proqramı ilə əhatə olunur. Həmin göstərici Qazaxıstanda 74,2, Gürcüstanda 93 faizdir”.

Azərbaycanda kişilər 65, qadınlar 62 yaş yarımda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65-ə qalxacaq.

2022-ci il yanvarın 1-dən əmək pensiyasının minimum məbləği 240 manatdır.

Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə yaşa görə müavinət verilir. Yaşa görə müavinətin məbləği 2022-ci il yanvarın 1-dən 180 manatdır.

Mustafanın 50 yaşı

  • 10 Yanvar 2022
  • comments

Rusiyanın Qazaxıstana hərbi müdaxiləsinin mümkün n...

  • 10 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda