• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qiyas İbrahimov aksiyası

  • 07 Yanvar 2022
  • comments
  • hikmet
  • Posted in Xəbər

İctimai fəal Qiyas İbrahimov yanvarın 7-si Bakının mərkəzində, Prezident Administrasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırmağa cəhd edib. Ərazidəki mühafizə xidmətinin təmsilçiləri və polis əməkdaşları ona mane olub. “Turan”ın məlumatına görə, Qiyas İbrahimov bu aksiya ilə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı əsasında ona ödənməli olan təzminatın verilməməsinə etiraz etdiyini bildirib.

Qiyas İbrahimov başqa ictimai fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-u Bakıda tutulub. Onlar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.

Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.

2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

2020-ci il fevralın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Qiyas İbrahimov və Bayram Məmmədovun şikayətləri üzrə qərarını açıqlayıb. Fəalların işgəncəyə məruz qalmamaq hüququnun, azadlıq və toxunulmazlıq hüququnun və başqa hüquqlarının pozulduğu qənaətinə gələn məhkəmənin qərarında Azərbaycan dövlətinin onlara ümumilikdə 72 min avro təzminat ödəməsi tələbi yer alıb.

2021-ci ildə Türkiyənin İstanbul şəhərinə gedən Bayram Məmmədov mayın 2-si orada həlak olub. Rəsmi versiyaya görə, Bayram Məmmədov parkda gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb.

Bayram Məmmədov mayın 9-u Bakıda dəfn olunub.

Tokayevin bioqrafiyası

  • 07 Yanvar 2022
  • comments

Neftsiz ixracda artım

  • 07 Yanvar 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

Son materiallar

comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0
comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda