Saleh Rüstəmov sudan da imtina etdi
Vəkil Bəhruz Bayramov dekabrın 13-də aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmova baş çəkib. “Turan”a danışan vəkil deyib ki, 3-4 dəqiqəlik görüşdə Saleh Rüstəmov su qəbulundan imtina edərək quru aclığa keçdiyini bildirib. 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy ...
Nobel laureatı işgəncələr əleyhinə beynəlxalq tribunal təklif edir
Nobel mükafatı laureatı, Rusiyda nəşr olunan “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov işgəncələr əleyhinə beynəlxalq tribunalın yaradılması təklifi ilə çıxış edib. Novator.az-ın məlumatına görə, Muratov təklifi özünün Nobel nitqində səsləndirib. Dmitri Muratov Nobel sülh mükafatına bu ...
“Qarabağ”la görüş
Dekabrın 13-də prezident İlham Əliyev “Qarabağ” futbol klubunun üzvləri ilə görüş keçirib. 2021-2022 mövsümündə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Qarabağ” komandası üç təsnifat mərhələsində qalib olub, qrup raundunu ikinci pillədə tamamlayaraq ələmə mərhələsinə adlayıb. Ələmə mərhələs...
Ümumi daxili məhsul 5,3 faiz artıb
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 80 milyard 688,2 milyon manatlıq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda 2,7 faiz, qeyri neft-qaz sektorunda 6,4...
Yol ayrıcında
Natiq Cəfərli 1993-cü ildə hakimiyyətə gələndən sonra Heydər Əliyevin əsas hədəfi böyük neft müqavilələrinin tezliklə bağlanması idi. Heydər Əliyev anlayırdı ki, neft müqavilələri olmadan ölkədə sabitlik, iqtisadi yüksəliş mümkün deyil. Onu da bilirdi ki, böyük neft pulları gələnə qədər ölkəni dolan...
Korrupsiyalı dekabr
İqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu büdcə xərclərinin aylar üzrə bölgüsü probleminə nəzər salıb. Novator.az-ın məlumatına görə, o yazır ki, dekabr ayı korrupsionerlər üçün büdcə talançılığı ayıdır: “İndiki hakimiyyətin dövründə yola saldığımız hər ilin s...
Azərbaycanda və başqa ölkələrdə idxal rüsumu
İqtisadçı Rövşən Ağayev Azərbaycanda idxal rüsumlarının orta dərəcəsinin 9,2% olduğunu yazır: “Bu göstərici aqrar mənşəli məhsullar üzrə 11,1%, qeyri-aqrar əmtəələr üzrə 8,9%-dir”. Novator.az-ın məlumatına görə, Dünya Ticarət Təşkilatının son tarif hesabatına nəzər salan ekspert qeyd edir ki, idxal ...
“Vaşinqton Post”: “Çıxış yolu var, yararlanmaq gərəkdir”
ABŞ-ın “Vaşinqton Post” qəzetində “Virus həyat üçün təhlükəlidir, ancaq çıxış yolu var, ondan yararlanmaq gərəkdir” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir. Koronavirusun yeni variantı omikron hamını narahat etməkdədir. Omikron sürətlə y...
Saleh Rüstəmov çağırışları
Tibb elmləri doktoru Adil Qeybulla aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun durumunun çox ağır olduğunu bildirir. “Turan”ın məlumatına görə, dekabrın 12-də açıqlama yayan həkim qeyd edir ki, Saleh Rüstəmova venadaxili infuziya şəklində parenteral, yəni həzm sisteminin iştirakını istisna edən q...
Media qanunu ilk oxunuşda (Rəsmi layihə)
Dekabrın 14-də Milli Məclis “Media haqqında” qanun layihəsini ilk oxunuşda müzakirə edəcək. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan qanun layihəsini Milli Məclis dekabrın 10-da açıqlayıb. Layihəyə görə, 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan qanun...
Avropa meydanlarında
Avropanın aparıcı milli futbol çempionatlarında növbəti oyun günləri arxada qalıb. Novator.az bildirir ki, İngiltərə çempionatında “Mançester Siti” 38 xalla öndədir. “Liverpul”un 37, “Çelsi”nin 36, “Vest Hem”in 28, “Mançester Yunayted”in 27, “Arsenal”ın 26 xalı var. İspaniya çempionatında “Real” 42 ...
Yaxın ölkələrdə xəstə sayı
Dekabrın 13-nə olan beynəlxalq statistikaya görə, 205 ölkə və ərazidə 21,9 milyondan çox koronavirus xəstəsi var. Novator.az bildirir ki, yaxın ölkələr arasında Rusiya birincidir: 986058 xəstə. Türkiyədə 346286, Ukraynada 272152, İranda 54500, Gürcüstanda 43880 nəfər müalicə altındadır. Litvada 2787...
“Bu qədər qərəz, bu qədər qisas olarmı?”
Bakı Ağır Cinayətlər Məhkəməsi həbsdə olan dövlət xadimi Eldar Həsənovun mühakiməsini davam etdirir. Meydan.tv-nin məlumatına görə, dekabrın 10-da keçirilən iclasda Eldar Həsənov səfirliyə ayrılan vəsaitlərə qənaət olunması məsələsindən danışıb: “Səfirlik olaraq hər il qənaət edilmiş pulları Xarici ...
Londondakı Uyğur Tribunalı qərar verdi: soyqırımı törədilib!
Böyük Britaniyanın paytaxtı Londonda yerləşən müstəqil ictimai tribunal Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda uyğurlara və digər etnik azlıqlara qarşı soyqırımı törədildiyi haqda qərar çıxarıb. Novator.az saytı ABŞ-ın CNN kanalına istinadla bildirir ki, ictimai məhkəmə Çin Xalq Resp...
Azad bölgə sərəncamı
Dekabrın 10-da prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərinə sərəncam verib. Sənəddə Nazirlər Kabinetinə bu istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlamaq tapşırığı yer alır: – işğaldan azad edilmiş ərazilərdə iqtisadi resurs...
Yoluxma, itki, peyvənd
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Rəsmi hesabata görə, ölkədə 602137 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8055-i vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martı...
Ölçüdən uzaq
Media hüququ üzrə ekspert Xalid Ağalıyev açıqlama yayıb. O qeyd edir ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini “Media haqqında” qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasının ölçülərinə uyğun olmasını təmin etmək üçün əməkdaşlığa çağırıb: “Avropa Şurası məkanı ölkələrinı...
Admiral: “Görünməmiş münaqişə baş qaldıra bilər”
Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bildirib ki, Rusiyanın Ukraynaya hücumu İkinci Dünya müharibəsindən bu yana ən böyük münaqişəyə gətirib çıxara bilər. Novator.az saytı “The Times” qəzetinə istinadla xəbər verir ki, hazırda Ukrayna sərhədində yaranmış və...
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Dekabrın 10-da “Turan” informasiya agentliyi “Media haqqında” qanun layihəsinin mətnini yayıb. Agentlik layihəni qeyri-rəsmi mənbələrdən əldə etdiyini bildirir. Rəsmi məlumatlarda prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında “Media haqqında” qanun layihəsinin hazırlandığı və Milli ...
Bayden Zelenski ilə saat yarım nədən danışıb?
Dekabrın 9-da ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib. Novator.az-ın məlumatına görə, Ağ evin internet səhifəsində yer alan açıqlamada deyilir ki, telefon söhbəti saat yarım çəkib, Bayden Zelenskiyə dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə apardığı qapalı ...