Brüssel görüşləri
Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edən dövlət başçısı İlham Əliyev dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, Avropa İttifaqının Ermənistanla ...
Müxalif bloqçuya 18 il iş kəsildi
Belaruslu müxalif bloqçu Sergey Tixanovski 18 il müddətinə azadlıqdan məhrum edilib. Novator.az-ın məlumatına görə, hökmü dekabrın 14-də Qomel Vilayət Məhkəməsi çıxarıb. Sergey Tixanovski kütləvi iğtişaşların və ictimai asayişin pozulmasının təşkilində, sosial düşmənçiliyə çağırışlarda, rəsmi seçki ...
Miqrasiya pozuntuları, qərarlar
Dövlət Miqrasiya Xidməti 2021-ci ilin noyabr ayının hesabatını yayıb. Açıqlamaya görə, miqrasiya sahəsində pozuntular üzrə 877 qərar çıxarılıb: “173 qərarda cərimə ödəməklə ölkəni tərk etmək tələbi yer alıb, 334 qərarda ölkədə yaşamanı qanuniləşdirmək rəsmiləşib. 11 qərar ölkədən inzibati qaydada çı...
Omikron neçə ölkəyə yayılıb?
Koronavirusun ötən ay ilk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən omikron variantı artıq dünyanın 70-dən çox ölkəsinə yayılıb. Novator.az saytı xəbər verir ki, bu ölkələr sırasında Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan və Rusiya da var. Avropa İttifaqının üzvü olan 27 ölkənin 25-də (Fran...
Rusiya əhalisinin 72%-nin heç bir əmanəti yoxdur
Rusiya əhalisinin 72%-nin heç bir əmanəti yoxdur. Novator.az saytının məlumatına görə, Rusiya Elmlər Akademiyasının Federal Elmi-Tədqiqat Sosiologiya Mərkəzi nəzdindəki Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Vasili Anikin “Qovorit Moskva” radiosuna açıqlamasında belə deyib. Vasili Anikinin söz...
Lalə Şövkətin prezidentə müraciəti
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət dekabrın 14-də prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir ki, aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmov ölüm ayağındadır: “Qarabağ qəhrəmanı, vətənpərvər insanın belə vəziyyətə salınması bağışlanmaz ədalətsizlikdir. Qarabağ qazisin...
Media qanunu layihəsindən
Novator.az Milli Məclisin müzakirəsinə çıxarılmış “Media haqqında” qanun layihəsinin bəzi məqamlarını diqqətə çatdırır. Maddə 1. Əsas anlayışlar kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxsl...
“Turizm haqqında” qanun layihəsi ilk oxunuşdan keçdi
Dekabrın 14-də Milli Məclis “Turizm haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, turizmin bu formaları var: daxili turizm – Azərbaycanda yaşayan fiziki şəxslərin Azərbaycanın sərhədləri daxilində turizm məqsədli səyahəti; gəlmə turizm – yaşayış yeri Azər...
Almaniya: hökumət dəyişsə də, Lukaşenkoya münasibət dəyişməyib
Almaniyanın yeni hökuməti də Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır. Novator.az-ın məlumatına görə, bunu yeni hökumətin rəsmi nümayəndəsi dekabrın 13-də Berlində keçirdiyi brifinqdə bəyan edib. 1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə ...
İranda it-pişik yasağı təklif olunur
İsrailin “Yerusəlim Post” qəzeti İranda bəzi heyvanların evdə saxlanmasını və ölkəyə gətirilməsini yasaqlayan qanun layihəsinə dair məqalə dərc edib. “Kriminal pişiklər? İranda təklif olunan qadağaların ev heyvanlarına da aid edilməsi qəzəb doğurur” başlıqlı məqalənin müəllifi Aaron Rayxdır. Novator...
14 dekabr qiyməti
Energetika Nazirliyinin 14 dekabr məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın barreli 76,50 dollara satılır. 2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57, iyula 75,95,...
Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı
Pənah Hüseynin sədrlik etdiyi Azərbaycan Xalq Partiyasının Siyasi Şurası “Media haqqında” qanun layihəsini müzakirə edib. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında hazırlanan “Media haqqında” qanun layihəsi dekabrın 10-da açıqlanaraq Milli Məclisin müzakirəsinə çıxarılıb. Layihə...
Artım hesabatı niyə sual doğurur?
London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ümumi daxili məhsul (ÜDM) üzrə rəsmi hesabatı şərh edib: “Dövlət Statistika Komitəsi (DSK) 2021-ci ilin yanvar-noyabr aylarında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,...
Saleh Rüstəmov: aksiya böyüyür
Məhbus Saleh Rüstəmov dekabrın 13-dən su qəbulundan imtina edərək quru aclığa keçib. 1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov aclıq aksiyasına noyabrın 6-da başlayıb. O, həbsdə qanunsuz saxlandığını de...
Yenilənmiş karantin
Novator.az xüsusi karantin rejiminin yenilənmiş tələblərinə nəzər salıb. Nazirlər Kabinetinin qərarı ilə rəsmiləşən rejim 2020-ci il martın 31-dən koronavirus infeksiyasını cilovlamaq üçün tətbiq olunur. Ölkə ərazisinə giriş-çıxış məhduddur, mədəniyyət obyektləri, eləcə də kinoteatrlar, teatrlar və ...
Brüssel səfəri başladı
Dekabrın 13-də prezident İlham Əliyevin Belçikanın paytaxtı Brüsselə işgüzar səfəri başlayıb. Dövlət başçısı Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının sammitində iştirak edəcək. Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Frans...
Bolqarıstanda yeni baş nazir
Dekabrın 13-də Bolqarıstan parlamenti Yeniliklərə Davam Partiyasının lideri Kiril Petkovu baş nazir seçib. Onun namizədliyini 134 deputat dəstəkləyib. Proporsional üsulla seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. Novator.az bildirir ki, noyabrın 14-də keçirilmiş parlament seçkisində q...
1/8 final cütlükləri
Dekabrın 13-də UEFA Çempionlar Liqasının 2021-2022 mövsümünün 1/8 finalının püşkü atılıb. Novator.az nəticələri təqdim edir: “Benfika” – “Ayaks” “Vilyarreal” – “Yuventus” “Atletiko” – “Mançester Yunayted” “Zalsburq” – “Bavariya” “İnter” (İtaliya) – “Liverpul” “Sportinq”...
“Qarabağ”a “Marsel” qismət oldu
UEFA Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandasının növbəti rəqibi bəlli olub. Dekabrın 13-də atılan püşkün nəticəsinə görə, “Qarabağ” 1/8 finala çıxmaq üçün Fransanın “Marsel” komandası ilə yarışacaq. Novator.az bildirir ki, 1899-cu ildə yaradılan “Marsel” 9 dəfə Fransa çempionu ...
Hasilatın ayları
2021-ci ilin noyabr ayında Azərbaycanın gündəlik xam neft hasilatı 588,9 min barrel olub. Hesabatı dekabrın 13-də Energetika Nazirliyi yayıb. Novator.az bildirir ki, gündəlik hasilat yanvar və fevralda 593 min barrel, martda 592,1 min barrel, apreldə 594 min barrel, mayda 586 min barrel, iyunda 610 ...