• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zülmətdə parlayan – “The Economist” jurnalının şərhi

  • 30 Dekabr 2021
0
SHARES
FacebookTwitterPinterest

Böyük Britaniyanın “The Economist” jurnalı “İlin ölkəsi” nominasiyasında qalibini elan edib. Novator.az saytı jurnalın bununla bağlı dərc etdiyi, seçimin əsaslandırıldığı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.

“The Economist” jurnalı hər il bir ölkəni “İlin ölkəsi” elan edir. Bu seçim ölkənin böyük, zəngin, ya ən xoşbəxt ölkə olması kimi meyarlara əsaslanmır. Əsas meyar odur ki, hansı ölkə il ərzində daha yaxşı, daha düzgün istiqamət tutaraq irəliləyə bilib. “The Economist”in ötən illərdəki qalibləri sırasında Özbəkistan (köləliyi ləğv etdiyinə görə), Kolumbiya (sülhə nail olduğuna görə) və Tunis (demokratik dəyərləri qəbul etdiyinə görə) kimi ölkələr olub.

Bəs builki qalib hansı ölkədir və onun sözün yaxşı mənasında rəqibləri hansı dövlətlər olub?

2021-ci ilə nəzər salaq.

2021 daha çox çətinliklərlə yadda qaldı. COVİD-19 pandemiyası bu il də neçə-neçə insanın faciəsinə səbəb oldu. Koronavirusa qarşı peyvəndlər ölkələr arasında qeyri-bərabər şəkildə paylandı və ilin sonuna yaxın virusun omikron variantı kimi ən yoluxucu növü ortaya çıxdı.

Bu il bir çox ölkədə demokratik normalar sarsıldı, vətəndaş azadlıqları boğuldu. Rusiyada müxalifət lideri həbs olundu. ABŞ-da 45-ci prezident Donald Trampın tərəfdarları Konqres binasına hücum etdi. Efiopiya və Myanmanı vətəndaş müharibəsi bürüdü.

Bütün bunlara baxmayaraq zülmətdə parlayan ölkələr də oldu.

Samoada konstitusiya böhranı məhkəmələr vasitəsilə həllini tapdı. 33 il iqtidarı əlində saxlayan partiyanın və Allahın seçilmiş bəndəsi olduğunu iddia edən baş nazirin hökmranlığına son qoyuldu. Hökumətin başına islahatçı xanım gəldi.

Avropanın ən kasıb ölkələrindən biri – Moldova uzun müddət Rusiyadan ötrü çirkli pulların yuyulduğu bir məkan olub. 2021-ci ilin sonlarında korrupsiya ilə mübarizə aparan Mayya Sandu Moldovanın prezidenti seçildi. Parlamentə nəzarət onun partiyasına keçdi.

Zambiyada demokratik sistem bərpa olundu. Bir il əvvələ qədər ölkə korrupsiyalaşmış və dağılmışdı. 2021-ci ilin avqustunda ölkəyə rəhbərlik edənlər seçkini saxtalaşdırmağa çalışdılar. Ancaq zambiyalılar liberal iş adamı Hakainde Hiçilemanı elə böyük səs fərqi ilə qalib etdilər ki, saxtalaşdırma iflasa uğradı. Hiçilema vəzifəsinin icrasına başlayan kimi Beynəlxalq Valyuta Fondu ilə saziş imzalayıb. O, yanacaq və enerji üzrə israfçı subsidiyaları azaltmağı öhdəsinə götürüb və korrupsiya faktlarını araşdırmağa başlayıb.

Litva da demokratik dəyərlərinə sahib çıxdı. Bu Baltikyanı ölkə əhalisinin sayına görə Çinin 40-cı şəhərindən də geridə qalır. Amma Litva Çin hökumətinə meydan oxudu, Vilnüsdə Tayvanın nümayəndəliyi açıldı.

Litva habelə öz vətəndaşlarına Çin istehsalı olan smartfonlardan imtina etməyi tövsiyə etdi. Çünki Litvanın xüsusi xidmət orqanları Çin smartfonlarında xəbərdarlıq edilmədən aktivləşdirilə bilən proqram aşkarlayıblar.

Litva digər avtoritar rejimlərə qarşı çıxmaqdan da çəkinmədi. O, qonşuları Belarus və Rusiyadan olan dissidentlərə, o cümlədən Belarusda keçirilən son prezident seçkisinin həqiqi qalibi hesab olunan Svetlana Tixanovskayaya siyasi sığınacaq verdi. Onun qələbəsini oğurlamış Belarus diktatoru Aleksandr Lukaşenko qisas almaq üçün qaçqınları Litva sərhədlərinə doğru sıxışdırdı. Belarusun eyni üsulla təxribata çəkdiyi Polşadan fərqli olaraq Litva buna həm sərt, həm də humanistcəsinə cavab verə bildi.

Çin Litvanı ram etməkdən ötrü əldən-ayaqdan gedir. Çin mətbuatı Litvanın bir ölkə kimi kiçikliyinə istehza edir, onu siçana, hətta bit-birəyə oxşadır. Demokratlar isə Litvanın cəsarəti ilə qürur duyurlar. Bütün bunlara baxmayaraq bizim seçimimiz Litva deyil, İtaliyadır.

“The Economist” jurnalı “İlin ölkəsi” nominasiyasında İtaliyanı qalib elan edir. Futbolçuları Avropada böyük zəfər qazandığına, estrada ulduzları “Avroviziya” mahnı müsabiqəsində qalib gəldiyinə görə yox, siyasi uğuruna görə İtaliya bu ada layiq görülür.

“The Economist” jurnalı indiyədək İtaliyanı Silvio Berluskoni kimi siyasətçiləri özünə lider seçdiyinə görə az tənqid etməyib. Zəif idarəçilik İtaliyanı geri salmışdı. Bu səbəbdən italyanlar 2019-cu ildə pandemiyanın hökm sürdüyü 2020-ci ildəkindən də daha yoxsul yaşayırdılar. Ancaq 2021-ci ildə İtaliya dəyişdi.

Mario Draqinin simasında İtaliya özünə səriştəli, dünyada hörməti olan bir baş nazir qazandı. Ölkə siyasətçilərinin böyük əksəriyyəti, nəhayət, bir araya gəlib radikal islahatlar proqramını dəstəklədi. Bu isə İtaliyaya Avropa Birliyinin pandemiya ilə mübarizə planına uyğun olaraq haqq etdiyi vəsaiti almaq, dirçəlmək imkanı yaratdı.

İtaliya COVİD əleyhinə peyvəndləmənin səviyyəsinə görə Avropada ilk yerlərdən birini tutur. İtaliyanın iqtisadiyyatı ağır 2020-ci ildən sonra Fransa və Almaniya iqtisadiyyatından da sürətlə dirçəlir.

Düzdür, ağıllı idarəçilik sayəsində start götürmüş bu qeyri-adi dirçəlmənin birdən-birə dayanması təhlükəsi də ortaya çıxıb. Çünki cənab Draqi daha nüfuzlu bir posta can atır, prezident olmaq istəyir. Belə olacağı təqdirdə baş nazir postunu səriştəsiz siyasətçinin tuta biləcəyi sarıdan narahatlıqlar yaranıb. Bütün bunlara baxmayaraq 2021-ci ilin dekabrındakı İtaliyanın 2020-ci ilin dekabrındakı İtaliyadan qat-qat yaxşı olduğunu danmaq mümkün deyil. Ona görə də biz İtaliyanın üzərində dayanır, onu “İlin ölkəsi” seçdiyimizi bəyan edirik.

Mənbə: Economist.com

Yayım Şurasında yeni üzvlər

  • 30 Dekabr 2021

Media qanunu son mərhələyə yön aldı

  • 30 Dekabr 2021

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

Rəylər

Do not miss

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

Son materiallar

comments
ManşetXəbər

Əli Əliyevə yeni cəza gəlir?

comments
ManşetŞərh

Artımın astar üzü

comments
Dünyanın səsiManşetXəbər

Blinken: “Ukraynanın duruş gətirəcəyini bilirik”

comments
ManşetXəbər

Azərbaycan “Avroviziya” dolaşığında

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Baydenin uyğurlarla görüşündə nə baş verib? – “Vaşinqton Post”

comments
ManşetŞərh

Qıtlıq və bahalıq dalğası

comments
ManşetXəbər

Ümumi daxili məhsul nə qədər artıb?

comments
ManşetXəbər

Böyük liqanın komandaları

comments
ManşetŞərh

Əziyyətli ölkə

comments
ManşetTribunaYazarlar

Əsl sərvət

comments
ManşetTribunaYazarlar

Acizlik, cılızlıq

comments
ManşetXəbər

Yoluxma, itki, peyvənd

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya 2022” nöqtəsi

comments
ManşetXəbər

“Bu siyasət atalarımızın vəsiyyətidir”

comments
ManşetTribunaYazarlar

Yaradanı yaradanlar

comments
Dünyanın səsiManşetXəbər

Nadir+ (Finalda çıxış ardıcıllığı)

comments
Dünyanın səsiManşetTribuna

“Vaşinqton Post” uyğur soyqırımında əli olan şirkətə cəza tələb edir

comments
AktualManşetXəbər

Klub turnirlərinin yeni formatı

comments
AktualManşetXəbər

İllər üzrə pensiyaçı sayı

comments
ManşetXəbər

Maddi təzminat tələbi qüvvədə qalır

comments
AktualManşetXəbər

İsa Qəmbər çağırışı

comments
Dünyanın səsiManşetXəbər

“Avroviziya”nın finalçıları

comments
AktualDünyanın səsiManşetXəbər

Rus tankı qabyuyana möhtac

comments
Dünyanın səsiXəbər

Rusiyalı milyarder mühacirəti seçdi

comments
Dünyanın səsiXəbər

Məhbus siyasətçi xəstəxanaya köçürüldü

comments
AktualManşetXəbər

Sabiq dövlət başçısına 180 manat…

comments
ManşetXəbər

Demokratiyanın ixtisarı

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus itkiləri

comments
AktualDünyanın səsiXəbər

Ermənistan əhli nədən ölür?

comments
Dünyanın səsiManşetXəbər

Müharibə başlanandan rusiyalıların televiziyalara inamı azalıb

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda