• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Media qanunu qəbul olunsa da…”

  • 29 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu “Media haqqında” qanun layihəsindən yazıb. Novator.az-ın məlumatına görə, o, dekabrın 30-da Milli Məclisin həmin qanun layihəsini üçüncü – son oxunuşda müzakirəyə çıxaracağını xatırladır.

Layihə dövlət başçısının 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilib, parlamentdə dekabrın 14-də ilk, dekabrın 20-də ikinci oxunuşdan keçib. Qəbul edilib prezident imzası ilə dərc olunacağı halda qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qubad İbadoğlu lideri olduğu partiyanın başqa 7 siyasi qurumla (Azərbaycan Yüksəliş Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Milliyyətçi Demokrat Partiyası, Azərbaycan Xalq Partiyası, Azad Demokratlar Partiyası, Haqq-Ədalət Partiyası) birlikdə dövlət başçısına və parlament sədrinə müraciətinə toxunur. Dekabrın 23-də yayılmış həmin müraciətdə qanun layihəsinin parlament müzakirəsinin dayandırılmasına və geniş ictimai müzakirəyə çıxarılaraq təkmilləşdirilməsi üçün gərəkli addımlar atılmasına çağırış yer almışdı. Qeyd olunmuşdu ki, media qanunu layihəsində platforma yayımı və operatorlarının işini lisenziyalaşdırmaqla internet televiziyalarının nəzarətə götürülməsi, jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır: “Qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınması, bütün səlahiyyətlərin mərkəzi icra hakimiyyəti orqanında cəmləşdirilməsidir.

Jurnalistlərə peşə etikasına əməl etmək, fakt və hadisələri qərəzsiz, obyektiv şərh etmək, birtərəfliliyə yol verməmək, gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması ifadə və media azadlığını daraldır.

Qanun layihəsinə siyasi partiyaların informasiya siyasətini, mediaya çıxışını məhdudlaşdıran müddəalar da daxil edilib, onların çap mediasını çıxmaqla media subyektinin təsisçisi (iştirakçısı) olmasına məhdudiyyət qoyulur.

Layihə geniş ictimai müzakirədən keçirilmədən, Avropa Şurasının Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb.

Qanun layihəsinə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib”.

Qubad İbadoğlu yazır ki, media qanunu layihəsinin son oxunuşa təqdim olunması təəssüf doğurur: “Görünür, Azərbaycan hakimiyyəti nə media ictimaiyyətinin narahatlığını, nə jurnalistlərin etiraz aksiyalarını, nə ictimaiyyətin, nə də siyasi partiyaların müraciətlərini nəzərə aldı, biz sözlə, nə yerli, nə də beynəlxalq ictimaiyyətlə hesablaşdı. Yenə də öz bildiyini edərək Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına, media, söz və fikir azadlığına əngəl yaratmaqdan çəkinmədi. Ancaq media qanunu qəbul olunsa da, Azərbaycanda medianı inkişafdan heç bir qüvvə saxlaya bilməyəcək. Yaşasın azad media!”

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Mediada reyestr divarı

Media qanunu: 8 partiyadan çağırış gəldi

Media qanunu: bir razılaşma var

Media aksiyası

Media qanununa yazılı təkliflər

Parlamentə etiraz

Media qanunu: son oxunuş neçə maddəyə əl gəzdirir?

2600 milyarderin 14 trilyon dolları var

  • 29 Dekabr 2021
  • comments

Cahillik nümunəsi

  • 29 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda