Dekabrın 28-nə olan beynəlxalq statistikaya görə, yeni növ koronavirus infeksiyası 212 ölkə, ərazi və məkanda 5 milyon 423 mindən çox adamın ölümünə səbəb olub. Novator.az bildirir ki, yaxın ölkələr arasında ən çox Rusiya itki verib: 305155 nəfər.
İranda 131434, Ukraynada 95105, Türkiyədə 81733 nəfər infeksiyaya qurban gedib.
Gürcüstanda 13583, Qazaxıstanda 12986, Moldovada 9625, Ermənistanda 7950, Litvada 7304, Belarusda 5512, Latviyada 4507, Qırğızıstanda 2798, Estoniyada 1916, Özbəkistanda 1484, Tacikistanda 124 ölüm qeydə alınıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də rəsmiləşib. Hesabata əsasən, 2020-2021-ci illərdə koronavirusa yoluxanların 8308-i vəfat edib.
Mənbə: Worldometers.info