• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Parlamentə etiraz

  • 28 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Dekabrın 28-də bir qrup jurnalist Bakıda, Milli Məclisin binası qarşısında toplaşaraq “Media haqqında” qanun layihəsinə etiraz bildirib. “Turan”ın məlumatına görə, Milli Məclis üzvləri layihəni qəbul etməməyə, vətəndaş cəmiyyətinin təkliflərini nəzərə almağa çağırılıb. Aksiya iştirakçılarının fikrincə, qanun layihəsi Azərbaycan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına ziddir.

Piketin qətnaməsi Milli Məclisin poçt qutusuna atılıb.

Bir qrup jurnalist və bloqçu dekabrın 24-də də analoji aksiya keçirərək “Media haqqında” qanun layihəsinin parlament müzakirəsinin dayandırılması tələbi qoymuşdu.

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı ilə hazırlanaraq dekabrın 10-da dərc edilən, Milli Məclisdə iki oxunuşdan keçən “Media haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə hazırlanır. Qəbul edilib imzalanacağı halda qanunun 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Media qanunu layihəsini pisləyən jurnalistlər, media hüquqçuları, siyasətçilər, vətəndaş cəmiyyəti təmsilçiləri bildirir ki, sənəddə internet televiziyalarının nəzarətə götürülməsi, jurnalistlərin fəaliyyətinin reqlamentləşdirilməsi ilə onların hakimiyyətdən asılılığının gücləndirilməsi kimi mürtəce normalar yer alır. Onlar qeyd edir ki, qanun layihəsi jurnalistika ilə kimlərin məşğul ola biləcəyini müəyyənləşdirir, dövlətin jurnalistlərə reyestr yaratmasını, vahid vəsiqə qaydasının tətbiqini nəzərdə tutur, bu da medianın özünütənzimləmək imkanlarının jurnalistlərin əlindən alınmasıdır, jurnalistlərə gizli yolla əldə edilmiş məlumatları yaymamaq kimi tələblərin qoyulması isə ifadə və media azadlığını daraldır.

Tənqidçilər əlavə edir ki, layihə geniş ictimai müzakirədən keçirilmədən, beynəlxalq qurumların rəyləri alınmadan parlament müzakirəsinə çıxarılıb, sənədə konstitusiya və milli qanunvericiliyin, eləcə də Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə zidd olaraq söz, fikir və mətbuat azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilib.

“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi

Ölçüdən uzaq

Media qanunu ilk oxunuşda (Rəsmi layihə)

Xalq Partiyası media qanunu layihəsinə qarşı çıxdı

Media qanunu layihəsindən

Təkamülün əksinə doğru

Media qanunu: layihəni geri çəkmək təklif olunur

Media qanunu: reaksiyalara reaksiya verildi

Birgə etiraz təklifi

Mediada reyestr divarı

Media qanunu: 8 partiyadan çağırış gəldi

Media qanunu: bir razılaşma var

Media aksiyası

Media qanununa yazılı təkliflər

Sankt-Peterburq səfəri başlayıb

  • 28 Dekabr 2021
  • comments

Pələng ilinin yubilyarları

  • 28 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda