• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tarixi həqiqət

  • 27 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Arif Hacılı
Müsavat Partiyasının başqanı

Dekabrın son günləri sovet imperiyasının süqutunun 30-cu ili kimi qeyd olunur. Əslində imperiya daha əvvəl, uzağı 1991-ci ilin avqust ayında süqut etmiş, keçmiş SSRİ ərazisində yeni dövlətlər yaranmışdı.

Azərbaycan parlamenti 1991-ci il avqustun 30-da, SSRİ-nin rəsmən dağılmasından dörd ay (!) əvvəl müstəqillik bəyannaməsini qəbul etmişdi. Baltik ölkələri, Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Orta Asiya respublikaları da eyni addımı atmışdılar.

İndi Rusiya siyasətçiləri, politoloqları, xüsusilə velikorus şovinistləri bəyan edir ki, guya SSRİ Belovejsk meşəsində Rusiya, Ukrayna, Belarus arasında bağlanmış MDB sazişi əsasında süqut edib. SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun tərəfdarları isə iki səbəb göstərir: 1991-ci ilin avqustunda baş tutmayan dövlət çevrilişi və dekabrın 8-də imzalanmış Belovejsk razılaşması.

Bu iddialar böyük bir yalandır.

Əslində çevriliş cəhdi də, Belovejsk sazişi də, daha əvvəl Qorbaçovun yenidənqurması, 1991-ci ilin martında onun təşəbbüsü ilə keçirilmiş SSRİ-nin saxlanması referendumu da 70 il ərzində iflasa uğramış, məhvə məhkum olan sovet imperiyasını xilas etmək, müstəqilliyə can atan xalqları və dövlətləri Moskvanın orbitində saxlamaq cəhdləri idi.

Yenidənqurma siyasi, iqtisadi mübarizəni, xüsusilə sürətlə silahlanma üzrə dünya savaşını uduzmuş, mənəvi cəhətdən aşınmış, ideoloji eroziyaya uğramış sovet imperiyasını ağır böhrandan çıxarmaq və qalib Qərblə normal münasibətlərə nail olmaq yolu ilə imperiyanı qorumaq cəhdi idi. İflasa uğradı.

1991-ci ilin 17 mart referendumu da saxta səsvermə yolu ilə sovet imperiyasını qorumaq cəhdi idi. İflasa uğradı.

Avqustda çevriliş cəhdi, həmçinin Tbilisidəki 9 aprel 1989-cu il, Bakıdakı 20 yanvar 1990-cı il, Vilnüsdəki 13 yanvar 1991-ci il qırğınları istiqlalçı və islahatçı qüvvələri tankların tırtılları altında əzərək sovet imperiyasını qorumaq cəhdi idi. İflasa uğradı.

8 dekabr Belovejsk sazişi isə artıq çoxdan dağılmış sovet imperiyasının xarabalıqları üzərində Moskvanın orbitində olan yeni bir birlik yaradılması üçün növbəti miskin cəhd idi.

Putin rejimi bu gün də saysız-hesabsız insanların fiziki məhvinə, ayrı-ayrı xalqların, dövlətlərin, o cümlədən rus xalqının fəlakətinə səbəb olduğunun fərqinə varmadan velikorus şovinizmi siyasətini davam etdirir.

Sovet imperiyasının dağılması labüd idi. Çünki bu imperiya tarixi, dini, etnik, siyasi, ideoloji birlik üzərində deyil, zor və qan üzərində, kommunist ideologiyası pərdəsi altında gizlədilmiş velikorus şovinizmi əsasında qurulmuşdu. Daha qədim dövlətçilik, elm, mədəniyyət tarixinə, istiqlal məfkurəsinə malik xalqlar əbədi olaraq rus-sovet imperiyanın əsarəti altında qala bilməzdi.

Sovet imperiyası məhz bu səbəblərdən, xüsusilə Baltik respublikalarında, Ukraynada, Gürcüstanda, Moldovada, Azərbaycandakı möhtəşəm istiqlal savaşının, həmçinin imperiya boyunduruğu altında olan digər xalqların iradəsi qarşısında davam gətirə bilməyərək süqut etdi. Sovetlər Birliyinin sonu ilə bağlı tarixi həqiqət budur.

Polad Aslanov tibb məntəqəsinə köçürülüb

  • 27 Dekabr 2021
  • comments

ADR Partiyasında təyinat və seçimlər

  • 27 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda