• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yaşayış minimumu, ehtiyac meyarı

  • 24 Dekabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetXəbər

2022-ci il üçün yaşayış minimumu 210 manat (əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar ucun 176 manat, uşaqlar üçün 193 manat) məbləğində, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiqlənib.

Novator.az bildirir ki, yaşayış minimumu rəsmi minimum istehlak səbətinə əsaslanır. Səbətə ərzaq məhsulları, qeyri-ərzaq malları, xidmətlər daxildir.

Nazirlər Kabineti əmək qabiliyyətli əhali üçün illik minimum istehlak səbətinə bu ərzaq məhsullarını daxil edib: 136,8 kiloqram çörək və çörək məhsulları; 54,8 kiloqram kartof; 97,2 kiloqram tərəvəz və bostan məhsulları; 38 kiloqram meyvə və giləmeyvə; 32,9 kiloqram ət və ət məhsulları; 223,6 kiloqram süd və süd məhsulları; 7,7 kiloqram balıq və balıq məhsulları; 150 ədəd yumurta; 16,9 kiloqram şəkər və qənnadı məmulatları; 10,9 kiloqram bitki yağı, marqarin və digər piylər; 7 kiloqram kərə yağı; 4,7 kiloqram digər məhsullar.

Qeyri-ərzaq malları siyahısında palto tipli üst geyimləri qrupu; kostyum tipli üst geyimləri; alt geyimləri; corab məmulatları; baş geyimləri və xırdavat məmulatları; ayaqqabı; məktəb-yazı ləvazimatları; yataq ləvazimatları; mədəni-məişət və təsərrüfat malları; ilkin tələbat və sanitariya əşyaları, dərmanlar var.

Xidmətlər sırasında mənzil; mənzillərin qızdırılması; isti və soyuq su təchizatı; kanalizasiya; qaz təchizatı; enerji təchizatı; nəqliyyat xidmətləri; rabitə; internet xidmətləri və digər xidmətlər yer alır.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əsasən, sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə qərarı ilə itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir.

Fransa çözümü, dərdə çarə

  • 24 Dekabr 2021
  • comments

Neft Fondunun büdcəsi, aktivləri

  • 24 Dekabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda