• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rusiyada əcnəbiləri sifilis, vərəm, narkotik testindən keçirəcəklər

  • 21 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in AktualDünyanın səsiManşetXəbər

Dekabrın 29-dan Rusiyada xarici ölkə vətəndaşları qarşısında yeni tələblər qüvvəyə minir.

Maraqlıdır ki, bununla bağlı Dövlət Duması qanunvericiliyə hələ iyun ayında düzəliş etsə də, məsələnin mahiyyəti ictimaiyyətə yalnız bugünlərdə bəlli olub.

Novator.az xəbər verir ki, qanunvericiliyə edilən düzəliş Rusiyada uzun müddət yaşayan əcnəbilərin geniş həkim müayinəsindən keçməsini nəzərdə tutur.

Yeni qaydalara görə, Rusiyada işləyən əcnəbi mütəxəssislər, onların Rusiyada yaşayan ailə üzvləri, o cümlədən hər hansı başqa səbəbdən uzun müddət Rusiyada qalmaq istəyən xarici ölkə vətəndaşı üç aydan bir sifilis, HİV, cüzam, vərəm və koronavirus kimi infeksion xəstəliklər üzrə testdən keçməli, eyni zamanda hər üç aydan bir narkotik testi verməli və barmaq izlərini, biometrik fotolarını Rusiya hökumətinə təqdim etməlidir.

Yeni qadalar 6 yaşdan yuxarı bütün əcnəbilərə şamil olunur.

Verdiyi testlərdən hər hansı birinin nəticəsi pozitiv çıxan şəxsə viza verilməyəcək, artıq vizası varsa, onda həmin viza ləğv ediləcək və o, Rusiyadan çıxarılacaq.

Dövlət Duması qanunvericiliyə düzəlişi belə əsaslandırıb ki, Rusiyada uzun müddətə məskunlaşan, əksəri Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Özbəkistandan olan 2,5 milyon əcnəbi çox nadir halda tibbi müayinədən keçir, ona görə ölkədə təhlükəli infeksion xəstəliklərin yayılması riski artır.

Ancaq o biri yandan Belarus istisna kimi götürülüb, yeni qaydalar belaruslulara şamil olunmayacaq.

Almaniyanın “Deutsche Welle” telekanalının məlumatına görə, əcnəbilər qarşısında qoyulan yeni tələblər Rusiyada fəaliyyət göstərən xarici şirkətləri narahat edir. Bir sıra şirkətlərin nümayəndələri Rusiya hökumətinə müraciət edərək qaydalara yenidən baxılmasını istəyiblər.

“Deutsche Welle” vurğulayır ki, Rusiyada yaşayan əcnəbilər arasında nadir hallarda bu cür narazılıq baş qaldırır.

Telekanal Moskvanın yeni qaydalarla nəyə nail olmaq istədiyinin tam aydın olmadığını da qeyd edir.

Mənbə: Dw.com

ABBA ilə Stokholmdan Ağdama

  • 21 Dekabr 2021
  • comments

11 ayın xarici ticarəti

  • 21 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda