Son rəsmi hesabata görə, 2020-2021-ci illərdə Azərbaycanda 610895 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8208-i vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb, il 218700 yoluxma, 2641 ölümlə bitib.
Novator.az bildirir ki, 2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 59011 yoluxma, 889 ölüm, oktyabr – 47468 yoluxma, 549 ölüm, noyabr – 56948 yoluxma, 782 ölüm, dekabr – 22577 yoluxma, 352 ölüm.