• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət Departamentinin hesabatı: dünyada terror artıb

  • 17 Dekabr 2021
  • comments
  • Novator.az
  • Posted in Dünyanın səsiManşetXəbər

ABŞ Dövlət Departamenti illik terror hesabatı yayıb. Novator.az bildirir ki, hesabata görə, 2020-ci ildə dünyada terror insidentlərinin sayı 2019-cu illə müqayisədə 15% artıb.

ABŞ hökumətinin 2020-ci ildə terror istiqamətli 10172 insident qeydə aldığı, hadisələrdə 29389 nəfərin həlak olduğu, 19413 nəfərin xəsarət aldığı, 4471 nəfərin oğurlandığı vurğulanır.

Hesabatın Azərbaycanla bağlı bölümünə nəzər salan “Turan” informasiya agentliyi xəbər verir ki, 2020-ci ildə Azərbaycanda terror aktları barədə məlumat qeydə alınmayıb: “Hüquq mühafizə və təhlükəsizlik orqanları terror hücumlarının qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyatlar aparıb, terrorizmdə şübhəli bilinən şəxsləri həbs edib və sıxışdırıb, habelə Azərbaycandan kənarda terror qruplarına bağlılıqda və ya onların maliyyələşdirilməsində şübhəli bilinən azərbaycanlıları xaricdən gələrkən təqib edib.

Bununla yanaşı hüquq mühafizə orqanları bu və ya digər hərəkətləri terrorizm və ya ekstremizm kimi yozur, bu da siyasi opponentləri və dini fəalları məhkəmə təqibi, həbs və amansız rəftarın obyektləri edir”.

Hesabatda Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədovun işi yada salınır.

2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.

Niyaməddin Əhmədov 2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbsə məhkum edilib, sonra cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Kreditdə istehlak ağırlığı

  • 17 Dekabr 2021
  • comments

Aspirinin ürəyə ziyanı ola bilərmi?

  • 17 Dekabr 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hadisə
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda