Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb.
Rəsmi hesabata görə, ölkədə 602137 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8055-i vəfat edib.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martın 12-də qeydə alınıb, il 218700 yoluxma, 2641 ölümlə bitib.
2021-ci ilin statistikası belədir: yanvar – 11519 yoluxma, 491 ölüm, fevral – 4318 yoluxma, 88 ölüm, mart – 27176 yoluxma, 347 ölüm, aprel – 57396 yoluxma, 950 ölüm, may – 14847 yoluxma, 396 ölüm, iyun – 2091 yoluxma, 61 ölüm, iyul – 7802 yoluxma, 49 ölüm, avqust – 81042 yoluxma, 613 ölüm, sentyabr – 59011 yoluxma, 889 ölüm, oktyabr – 47468 yoluxma, 549 ölüm, noyabr – 56948 yoluxma, 782 ölüm, dekabr – 13819 yoluxma, 199 ölüm.
2021-ci il yanvarın 18-dən koronavirus infeksiyasına qarşı peyvəndləmə gedir. Dekabrın 10-na olan rəsmi statistikaya görə, 5,1 milyon nəfər bir doza, 4,6 milyon nəfər iki doza, 1,1 milyon nəfər üç doza peyvənd alıb.