Azad bölgə sərəncamı
Dekabrın 10-da prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərinə sərəncam verib. Sənəddə Nazirlər Kabinetinə bu istiqamətlərdə təkliflərini üç ay müddətində hazırlamaq tapşırığı yer alır: – işğaldan azad edilmiş ərazilərdə iqtisadi resurs...
Yoluxma, itki, peyvənd
Novator.az Azərbaycanın koronavirus statistikasına nəzər salıb. Rəsmi hesabata görə, ölkədə 602137 nəfər koronavirus infeksiyasına yoluxub, onların 8055-i vəfat edib. 2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən infeksiyaya ilk yoluxma 2020-ci il fevralın 28-də, xəstəlikdən ilk ölüm martı...
Ölçüdən uzaq
Media hüququ üzrə ekspert Xalid Ağalıyev açıqlama yayıb. O qeyd edir ki, Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycan hökumətini “Media haqqında” qanun layihəsinin Avropa İnsan Hüquqları Konvensiyasının ölçülərinə uyğun olmasını təmin etmək üçün əməkdaşlığa çağırıb: “Avropa Şurası məkanı ölkələrinı...
Admiral: “Görünməmiş münaqişə baş qaldıra bilər”
Böyük Britaniya Silahlı Qüvvələri Baş Qərargahının rəisi admiral Entoni Radakin bildirib ki, Rusiyanın Ukraynaya hücumu İkinci Dünya müharibəsindən bu yana ən böyük münaqişəyə gətirib çıxara bilər. Novator.az saytı “The Times” qəzetinə istinadla xəbər verir ki, hazırda Ukrayna sərhədində yaranmış və...
“Media haqqında” qanunun qeyri-rəsmi layihəsi
Dekabrın 10-da “Turan” informasiya agentliyi “Media haqqında” qanun layihəsinin mətnini yayıb. Agentlik layihəni qeyri-rəsmi mənbələrdən əldə etdiyini bildirir. Rəsmi məlumatlarda prezident İlham Əliyevin 12 yanvar 2021-ci il fərmanı əsasında “Media haqqında” qanun layihəsinin hazırlandığı və Milli ...
Bayden Zelenski ilə saat yarım nədən danışıb?
Dekabrın 9-da ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenskiyə zəng edib. Novator.az-ın məlumatına görə, Ağ evin internet səhifəsində yer alan açıqlamada deyilir ki, telefon söhbəti saat yarım çəkib, Bayden Zelenskiyə dekabrın 7-də Rusiya prezidenti Vladimir Putinlə apardığı qapalı ...
Vergi daxilolmaları 15,7 faiz artıb
2021-ci ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 7 milyard 961,8 milyon manat vergi daxil olub. Rəsmi hesabata görə, ötən ilin 11 ayı ilə müqayisədə vergi daxilolmaları 15,7 faiz artıb. Qeyd olunur ki, ödənən vergilərin 73,7 faizi qeyri-ne...
Orta maaş açıqlanıb
2021-ci il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 702,1 min nəfər olub. Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında onların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manata çatıb. Novat...
24-dən 7-si
UEFA Avropa Liqasının 2021-2022 mövsümündə mübarizəni 24 komanda davam etdirir. Novator.az bildirir ki, komandaların 7-si titul sahibidir. 1971-ci ildən keçirilən, 2009-cu ilədək UEFA kuboku adlanmış turnirdə “Sevilya” 6, “Portu” 2, “Ayntraxt” (Frankfurt), “Bayer”, “Napoli”, “Qalatasaray”, “Zenit” (...
“Vaşinqton Post”dan Rusiya ilə davranış tezisləri
“Vaşinqton Post” qəzetində redaksiya heyəti adından “ABŞ Ukraynanı və beynəlxalq hüququ möhkəm müdafiə etməlidir” başlıqlı məqalə dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. ABŞ prezidenti Cozef Baydenlə iki saatlıq gərgin müzakirə zamanı Rusiya prezi...
Artım və azalma göstəriciləri
Dövlət Statistika Komitəsi yeni hesabatlar yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, müəssisələr və fərdi sahibkarlar 2021-ci ilin yanvar-noyabr aylarında 47,9 milyard manatlıq, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox sənaye məhsulu istehsal edib. Sənayenin qeyri neft-qaz sekto...
Ticarət və inflyasiya statistikası
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 751,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 576,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Novator.az-ın məlumatına görə, hesabatı yayan Dövlət Statistik...
Sovetlərsiz əhali
2021-ci il Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) süqutunun 30-cu ilidir. 1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikist...
Mərkəzi Bankın hesabatından nələr görünür?
İqtisadçı Rövşən Ağayev Mərkəzi Bankın 2021-ci ilin yanvar-sentyabr ayları üzrə ödəmələr balansı statistikasına nəzər salıb. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2020-ci ildə cari hesablar balansında qeydə alınmış 202,3 milyon dollarlıq defisiti bu il 3,9 milyard dollar artıqlıq əvəzləyi...
Ələkdən keçənlər
UEFA-nın iki klub turnirində – Çempionlar Liqası, Avropa Liqası 2021-2022 mövsümünün qrup mərhələsi başa çatıb. Konfrans Liqasında nöqtə G qrupunda təxirə salınmış bir oyunla qoyulacaq. Novator.az bildirir ki, ümumilikdə üç turnirdə 22 UEFA üzvünün 65 komandası qalır. 2022-ci ilin fevralında b...
“Yüksəliş”də yenilik
Prezident İlham Əliyev “Yüksəliş” müsabiqəsi üzrə təşkilat komitəsinin tərkibini yeniləyib. Dekabrın 9-da imzalanan sərəncamla tərkib belə müəyyən olunub: Sədr Fərəh Əliyeva – Prezident Administrasiyasının humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Üzvlər Anar Əl...
“Qarabağ”ın mümkün rəqibləri
UEFA-nın Konfrans Liqasında Azərbaycanı təmsil edən “Qarabağ” komandasının növbəti mümkün rəqibləri bəlli olub. Dekabrın 9-u İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzan “Qarabağ” H qrupunu ikinci pillədə tamamlayıb və ələmə mərhələsinə adlayıb. “Qarabağ” 1/8 finala çıxmaq üçün Avropa Liqasının qrupları...