Azərbaycanlı ictimai fəal Bayram Məmmədovun Türkiyədə həlak olması üzrə rəsmi araşdırma bitib. Meydan.tv-nin 7 dekabr məlumatına görə, Anadolu Baş Prokurorluğu məhkəmə-tibbi ekspertizanın rəyinə əsaslanaraq Bayram Məmmədovun ölümündə cinayət tərkibinin olmadığı qənaətinə gəlib. Məhkəmə-tibbi ekspertizanın 29 noyabr 2021-ci ildə açıqlanan rəyində Bayram Məmmədovun həlak olması şübhəli ölüm deyil, suda boğulma kimi qiymətləndirilib.
Bayram Məmmədov başqa ictimai fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-u Bakıda tutulub. Onlar külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Sonradan Qiyas İbrahimovun cəzası 3 ay artırılıb.
Müdafiəçiləri fəalların həbsini siyasi sifariş sayıb, bildiriblər ki, 2016-cı il mayın 10-na keçən gecə mərhum prezident Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
2019-cu il martın 17-də hər iki gənc prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
2021-ci ildə Türkiyənin İstanbul şəhərinə gedən Bayram Məmmədov mayın 2-si orada yoxa çıxıb. Axtarış üçün polisə müraciət edən dostlarına onun öldüyü, meyitinin dənizdən tapıldığı bildirilib.
Polisin məlumatına görə, Bayram Məmmədov Kadiköy rayonundakı Moda parkında gəzişərkən dənizə düşən başmağını götürmək üçün suya girəndə batıb. Hadisəni görənlər bildirib ki, üzə bilməyən sahil mühafizə xidmətinin əməkdaşı aidiyyəti qurumlara xəbər verib, ancaq onlar gələnədək Bayram Məmmədov boğulub.
Bayram Məmmədov mayın 9-u Bakıda dəfn olunub.
Bayram Məmmədov və Qiyas İbrahimovun işi: hər biri 4 aylığa həbs edildi
Bayram Məmmədov dəhşətli işgəncələrə məruz qaldığını açıqlayıb
Qiyas İbrahimov da ona verilən dəhşətli işgəncələri açdı
Əl izləri kimə məxsusdur? Vəkil vəsatətlər qaldırıb
Vəkil: “Bir dəfə də olsun istintaq hərəkəti aparılmayıb”
Bayram Məmmədovun həbs müddəti artırılıb
Qiyas İbrahimova 10 il həbs verildi
Prokurordan hökmlü, yoxsa prokurordan zəif hakim?
Gənc fəal məhkəməni tamaşaya bənzədib
“Heydər Əliyevin heykəlini yazdığıma görə həbs olunmuşam”
Gənc fəala 10 il 6 ay həbs cəza istəndi
Bayram Məmmədov vəziyyətinin ağır olduğunu söyləyib
Mühacirlər Berlində piket keçiriblər
Bayram Məmmədov aclıq aksiyasını dayandırıb
Ali Məhkəmə də eyni cür qərar verdi
İbrahimovların cəzası qüvvədə qaldı
Vəkil Bayram Məmmədovla görüşə buraxılmayıb
Bayram Məmmədov işgəncəyə məruz qaldığını iddia edir
Bayram Məmmədovun şikayəti təmin edilməyib
Bayram Məmmədov azadlığa çıxıb
Bayram Məmmədovun ölümü ilə bağlı məlumat yayılıb
Bayramın ölümündən nə yazırlar?
Yaxınları Bayram Məmmədovun meyitinə baxış keçirib