• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Konstitusiya Məhkəməsindən inzibati iş şərhi

  • 24 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sumqayıt Şəhər Məhkəməsinin müraciətinə əsaslanan Konstitusiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 135.1.5-ci və 135.2-ci maddələrini əlaqəli şəkildə şərh edib.

Novator.az bildirir ki, 135.1.5-ci maddəyə görə, tətbiq edilmiş tənbehin məcəllənin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas sayılır.

135.2-ci maddəyə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, məcəllədə nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Rəsmi məlumata əsasən, Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayətə baxılmanın predmeti həmin qərarla məhdudlaşır: “İnzibati Xətalar Məcəlləsinin 135.2-ci maddəsinin mənasına görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı öz təşəbbüsü ilə deyil, yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, həmin məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər.

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şikayəti əsasında qəbul edilmiş qərara yenidən baxılarkən onun vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi yolverilməzdir.

Müvafiq orqanlar inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət etməlidir”.

General-polkovnik rütbəli rəsmilər

  • 24 Noyabr 2021
  • comments

“Özünüzü Saleh bəyin yerinə qoyun”

  • 24 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda