• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Savaşsız ilə müxalif baxışlar

  • 11 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetŞərh

Müxalif siyasətçilər 2020-ci ilin Vətən müharibəsini bitirən 10 noyabr razılaşmasının birinci ildönümü ilə bağlı şərhlər yayıb.

Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan işğalçı rejim qurulub.

2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.

Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub. 6 hərbi qulluqçu itkin sayılır.

Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.

Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.

2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.

10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Birgə bəyanata görə, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.

2021-ci il yanvarın 11-i Moskvada görüşən İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin daha bir bəyanat imzalayıblar. Bəyanata əsasən, regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.

Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, 10 noyabr 2020-ci il razılaşmasından qazanan Rusiya olub: “28 ildən sonra ordusunu Azərbaycana qaytardı. Rusiya Ermənistanda da gücləndi, Zəngəzura da, Ermənistan sərhədlərinə də ordu yeritdi.

Azərbaycan üçün 10 noyabr 2020-ci il ordumuzun halal qələbəsinin oğurlandığı gündür. Xankəndi və Xocalı başda olmaqla torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır. Qarabağ torpaqlarında hələ də 10 min nəfərdən artıq erməni silahlısı qalır. 10 noyabr razılaşması Ermənistanı labüd məğlubiyyətdən xilas etdi”.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu yazır ki, 10 noyabr 2020-ci il razılaşmasından sonrakı bir ildə prezident İlham Əliyev Qarabağa səfərləri, azad olunmuş ərazilərdə milli hisslər üzərində qurulmuş təbliğatı ilə daim öndə olub, bundan da yalnız özü və hakimiyyəti faydalanıb: “Bu bir ildə hökumət funksional olmadı, məmur özbaşınalığı daha da artdı, xüsusilə də sosial müdafiə qurumları camaatı, hətta qaziləri incitdi.

Bu bir il yaddaşlarda genişlənən korrupsiya, aşkarlanan London mülkləri və artan qiymətlərlə qaldı. Yalanların və saxtakarlığın ayaq tutub yeridiyi, məddahlıq və yaltaqlıq yaradıcılığının inkişaf ili oldu.

Bu bir il xalq bütün bunlara dözdü, şəhidləri ehtiramla yad etdi, postmüharibə dövrünün ilk ilini səbirlə başa vurdu.

Hakimiyyət milli hisslərlə oyunları bitirməli, neftin qiymətinə arxayın olmamalı, islahatlara başlamalı, daxili idarəçilik və iqtisadiyyatla məşğul olmalıdır. Korrupsiya, inhisarçılıq bitməsə, xalq hakimiyyəti bitirə bilər”.

Büdcənin gəlir-çıxarı

  • 11 Noyabr 2021
  • comments

Bəsit fonun sualları

  • 11 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Çin nəhəngi məhkəmə qarşısında

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda