• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sosial sığorta qaydasını dəyişməli

  • 10 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetŞərh

Azərbaycanda fərdi sahibkarların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənişləri minimum əməkhaqqının məbləğinə bağlıdır. Sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında ödəniş qüvvədədir. Bakı şəhərində 25 faiz miqdarının 100 faiz həddi, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz həddi, digər şəhərlərdə 80 faiz həddi, rayon mərkəzlərində və qəsəbələrdə 60 faiz həddi, kənd yerlərində 50 faiz həddi tətbiq olunur.

Novator.az-ın məlumatına görə, REAL Partiyasının funksioneri, iqtisadçı Natiq Cəfərli hökumətin 2022-ci il yanvarın 1-dən minimum əməkhaqqının 250 manatdan 300 manata qaldırmaq vədini xatırladaraq yazır: “Minimum əməkhaqqının artırılması pozitiv məsələdir, amma bir ciddi problem var. VÖEN-lə çalışan fiziki şəxslərin DSMF-yə ödənişləri qanunla minimum əməkhaqqına bağlıdır. Tikintidə çalışan fiziki şəxslər minimum əməkhaqqının 50 faizi, digər sahələrdə çalışanlar 25 faizi miqdarında ödəniş edir. Bu gün ödənişlər müvafiq olaraq 125 və 62,5 manatdır. Yanvar ayından ödənişlər tikintidə işləyənlər üçün 150 manata, digər sahələrdə çalışanlar üçün 75 manata qaldırılacaq.

Dəfələrlə təklif etmişik ki, DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlanması “Sosial sığorta haqqında” qanundan çıxarılmalı, hesablama formulları dəyişməlidir. Ödənişlərin minimum əməkhaqqına bağlı olması ciddi problemlər yaradır. Tutalım, fiziki şəxs tikinti ilə məşğuldur, ay ərzində 300 manatlıq dövriyyəsi olub, həmin şəxs 300 manatdan 5 faiz vergi, 150 manat sosial sığorta ödəməlidir. Özünə 135 manat qalır, hələ işsizlik sığortası, tibbi sığorta kimi də ödənişlər var. Bu, ədalətsizlik olmaqla yanaşı məntiqsizlikdir. DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlılığı qanundan çıxarılmalı, ümumiyyətlə pensiya məsələsi bir tək dövlətin əlində olmamalıdır. Elə bir mexanizm işlənib hazırlanmalıdır ki, ödənişin minimum məbləğı icbari olsun – məsələn, ayda 25 manat. Kim istəsə, daha çox ödəyər ki, gələcəkdə daha çox pensiya almaq imkanı olsun. Paralel olaraq özəl pensiya fondlarının yaranmasının qarşısında duran hüquqi və institusional əngəllər aradan qaldırılmalı, vətəndaşa müqavilə sərbəstliyi verilməlidir.

DSMF-yə ödənişlərin minimum əməkhaqqına bağlanması, ümumiyyətlə əmək müqavilələri ilə çalışanların DSMF-yə ödəniş qaydaları ölkədə kölgə iqtisadiyyatının, qara əmək bazarının yaranmasının əsas səbəbidir. Hökumət bunu görmürsə, işləyə bilmir, görüb dəyişmirsə, deməli, qara əmək bazarı, kölgə iqtisadiyyatı hökumətə sərf edir”.

İşləyənə maaş, işsizə ödəniş proqnozları

  • 10 Noyabr 2021
  • comments

İran işgəncə epidemiyasından əziyyət çəkir –...

  • 10 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda